“PUTİN KLASSİK STİLDƏ TƏLƏYƏ DÜŞÜB”

putin-vladimir

“Putinin yuxarı pillədəki hakimiyyəti, təsəvvür ediləndən daha çox kövrəkdir”

Rusiya Mərkəzi Bankı sədrinin keçmiş birinci müvini və tanınmış iqtisadçı Sergey Aleksaşenko Rusiyanın zəif adlandırılmasını istəmir. O, Barak Obama və britanliyalı hərbi tarixçı Lourens Fridman kimi düşünən bir çox tanınmış simaların bu məslədə yanlış düşündüklərini iddia edərək bildirir ki, Rusiya həqiqətən də güclüdür. Rusiyada S.Aleksaşenko kimi düşünənlər heç də az deyil. Məsələyə daha dərindən yanaşsaq, biz görərik ki, əsl həqiqətdə Rusiya zəifdir, Putin isə daha zəifdir.

Aleksaşenko Rusiyanın gücünü bir o qədər də yaxşı bilmədiyi üçün böyük səhvə yol verir. Onun fikirlərinə üç kontekstdən yanaşsaq, biz görərik ki;

Əvvəla o hesab edir ki, zəiflik statikdir və elə məhz buna görə də bir çox ənənəvi mətləblərə əhəmiyyət yetirmir.

İkincisi isə bütün diqqətləri Rusiyanın ən zəif qonşularına cəmləməklə, əksər Qərb ölkələrinin Rusiyadan əsla qorxmadığını unudur.

Üçüncü yanlış yanaşma isə Putinin Rusiyanın imkanlarından effektiv istifadə etməklə hakimiyyətinin ömrünü uzada bilməsi fikri ilə bağlıdır.

Mütləq olaraq, qeyd etmək gərəkdir ki, güc və zəiflik dinamik kateqoriyalardır və zamanla onlar öz yerlərini dəyişə də bilərlər. Rusiyanın Ukraynada hərbi güc nümayiş etdirməsinə baxmayaraq, keçmiş super dövlət tədricən zəifləyir. Kremldə əyləşən bir çox məmurlardan fərqli olaraq, Aleksaşenko Rusiyadakı indiki iqtisadi böhranı yuxarıdan gələn əmr və göstərişlər hesabına dirçəltməyin mümkünsüz olduğunu çox yaxşı bilməlidir. Çünkü Rusiya iqtisadiyatı bundan sonrakı illərdə də yavaş-yavaş aşağıya doğru yuvarlanacaq.

Ancaq Rusiyanın son dövrlərini yaxşı izləyənlər, 9 may Qələbə günündə Qızıl Meydanda çox böyük pafosla nümayiş etdirilən hərbi gücün də tədricən zəiflədiyini sezərlər. Rusiyanın Ukraynaya qarşı inandırıcı və konstruktiv siyasi məqsədinin olmamasına görə, oraya gizli surətdə yeridilmiş hərbi birləşmələrdəki mənəvi mühüt də aşınmağa başlayır. Müharibə zonasındakı itkilərin artmasının ölkədaxili siyasi nəticələrindən ehtiyatlanan Putin, sülh dövründə həyata keçirilən xüsusi əməliyyatlar zamanı ordunun şəxsi heyətindəki itkilərin dövlət sirri kimi məxfi qalması barəsində qərar qəbul etdirib. Döyüş əməliyyatlarına çəkilən xərclər sürətlə artır və dövlətin prioritet proqramı çərçivəsində 2020-ci ilədək nəzərdə tutulan silahlanmaya sərf olunacaq böyük məsrəflər ciddi maliyyə səhvidir. Rusiyanın ciddi iqtisadçıları yaxşı bilirlər ki, hərbi xərclər üzərindəki nəzarət ən azından, son maliyyə ilində normal şəkildə həyata keçirilməyib. Lakin bu cür xərclər daimi ola bilməz və gələcək illərdə hərbi büdcənin azaldılması gözlənilir. Rusiyanın öz qonşularını qorxutması məsələsinə gəldikdə isə, Aleksaşenko qonşu dövlətlərin əslində ciddi şəkildə qorxmadığını nəzərdən qaçırır. Əgər Gürcüstan ehtiyatlı davranaraq, münaqişədən qaçırsa (Hətta AB ilə inteqrasiya sazişi bağlayaraq), Estoniya və Latviya Rusiyadan gələn təzyiqlərdən öz strateji məqsədləri üçün istifadə edərək, NATO-dan kifayət qədər kömək ala bilib. Moskva Baltik hərbi teatrında öz hərbi təxribatını davam etdirsə də, ən nəhayətdə regiondakı hərbi güc balansı onun xeyrinə formalaşmır. Arktika regionunda Finlandiya geniş miqyaslı Arctic Challeng Exercise-2015 beynəlxalq hərbi hava təlimlərinə qoşulub. Bu təlimlər əsnasında, başlıca istinad nöqtəsi kimi Rovaniemi hərbi-dəniz bazası mühüm rol oynayır. Rusiyanın bu yaxınlarda formalaşdırılmış Arktik hərbi dislokasiya briqadası Rovaniemidən təxminən 50 kilometr uzaqlıqda yerləşdirilib. Lakin görünən odur ki, bu Finlandiyanı çox da ciddi narahat etmir. Onu demək lazımdır ki, NATO öz şimal sərhədlərinin təhlükəsizliyini daima diqqətlə nəzarətdə saxlayır, amma Rusiyanın bu cür imkanları yoxdur və həmdə ki, ümumiyyətlə, ruslar eyni vaxtda iki hibrid müharibə aparmaq gücündə deyillər. Hələ 1940-cı ildə Stalin üç köməksiz Baltik ölkəsini zəbt etməkdən ötrü 600 min nəfərlik ordu toplamışdı. Amma Putin Donbasda daha geniş miqyaslı hücum üçün yalnız 50 minlik ordu cəlb edə bilər.

Və nəhayət, hətta Rusiyanın əlindəki indiki güc də mütləq olaraq, Putinin etibarlı şəkildə hakimiyyəti saxlamasına imkan vermir. Aleksaşenkonun söylədiyi kimi, bir çox məsələlərdə Rusiyanın əlində təzyiq vasitələri mövcuddur. Avropa Birliyinin enerji starategiyası çərçivəsində nə qədər alternativ ekoloji təmiz mənbələrə üstünlük verməsinə baxmayaraq, Rusiyadan Avropaya ixrac olunan qaz, iqtisadi cəhətdən hər iki tərəf üçün mühümdür. Təbii qaz Rusiya iqtisadi və siyasi gücünün əsas mənbəyidir (Hətta buradakı qaz nəqlinin siyasi təhlükəsizlik vasitəsinə çevrilməsi də məhduddur). Çünkü istehlakçı ölkələr Almaniya başda olmaqla, vahid bir mövqedən çıxış edirlər. Putinin Rusiya siyasətindəki aparıcı təsiri, əvvəllər karbohidrogenlərin satışından gələn gəlirlərin bölünməsinə söykənirdi. Gəlirlər mənfəət götürən iri qruplarla yanaşı, yerdə qalan digərlərinə də pay çatması sxemi üzrə bölünürdü. Bu Rusiyanın və onun prezidentinin əsl güc mənbəyi olub. Amma enerji daşıyıcılarının qiyməti düşəndə və iqtisadiyyat səndələyəndən sonra, Putin vəziyyətdən çıxış yolunu özünü hərbi rəhbər kimi aparmaqda görür. Krımın zəfərlə ilhaqı isə tam yerinə düşmüş bir addım idi. Lakin Putinin inanılmaz yüksək populyarlığı keçici və dayanıqsız bir hadisədir. Elə ona görə də Putinə öz populyarlığını daima yüksəkdə saxlamq üçün təbliğat kampaniyası və yeni qələbələr çox vacibdir.

Xalq dəstəyinin möhtəşəm dalğası Putinə güc verir və Rusiya prezidenti süni surətdə qaldırılmış inam reytinqinin aşağı düşməsinə heç cür imkan vermək istəməz. Bütün mühüm qərarları Putin verir və başlıca dövlət sirləri də yalnız ona ağahdır. Ancaq hətta hibrid müharibəsi aparmaq üçün də ona ixtisaslaşmış komanda və etibarlı köməkçilər lazımdır. Kremlin bütün sirlərinə yaxşı bələd olan Putin, təmiz yolla var-dövlət toplamamış Kreml personalarına intəhasız formada inana bilməz. Ona görə də Putinin yuxarı pillədəki hakimiyyəti, təsəvvür ediləndən daha çox kövrəkdir. O, bir çox diktatorların özlərini saraylarında tam təhlükəsizlikdə zənn etdikləri halda hansı aqibəti yaşadıqlarını çox yaxşı bilir…

PUTİNİN DİLEMMASI

Putin klassik stildə tələyə düşüb. Rusiya tədricən öz hərbi üstünlüyündən məhrum olur və bu gələcəkdə də davam edəcək. Ona görə də Putin Rusiyanın hazırkı hərbi imkanlarından daha tez istifadə etməlidir. Çox güman ki, Kreml rəhbəri Ukrayna münaqişəsindəki barışığı özü üçün xeyirli saymır və Donetskin ətrafındakı atəş səsləri, Minsk anlaşmasının pozulmasına işarədir. Rusiya ayıq başla staqnasiyanın depressiv mərhələsindən yan keçərək, hal-hazırda kəskin düşüş yaşayır. Xalqın dəstəyini saxlamaq üçün Rusiya hakimiyyətinə yeni qələbələr lazımdır.

Qərb müharibə nəticəsində taqətsiz vəziyyətə düşmüş Ukraynanın indiki halı ilə barışmayacağı ilə yanaşı, hazırkı atəşkəsin uzun sürəcəyinə ümüd bəsləyə də bilməz. Elə ona görə də, Qərb Putinin aqressiv revizionizminə cavab olaraq, hansısa qeyri-ənənəvi tədbirlərə əl atmaq barəsində düşünməlidir. Düzdür, həmin bu cavab tədbirləri ABŞ Dövlət Departamentinin rəhbəri Con Kerrinin keçən ay Soçidə Putinlə keçirdiyi dörd saatlıq danışıqlardakı təkliflərindən daha böyük gücə malik olmalıdır. Bu görüşdəki uzun monoloq (Kerrinin deyəcək çox sözü olmayıb) Putinin nə qədər həyəcanlı olduğunu göstərib. Rusiyanın zəifliyi tam üzə çıxanadək, Putin Ukrayna məsələsinə dair qərar qəbul etməlidir.
Nəhayət, Putin böhran vəziyyəti üzrə anadangəlmə menecer və ya bütün riskləri öz üzərinə götürməyə hazır olan şəxs də deyil. Beləliklə, Qərb öz gücündən istifadə etməklə onun qarşısını ala bilər.

(The Brookings İnstitutsion)

~ tərəfindən Patriot 13/06/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma