AVROPA PARLAMENTİNDƏ SİYASİ MƏHBUSLARIN AZAD OLUNMASI ÇAĞIRIŞI

ap-siyasi-mehbuslar-aksiya

Avropa Parlamentində azərbaycanlı vicdan məhbusları ilə bağlı aksiya

Parlamentin deputatları, vitse-prezident başda olmaqla, iclasa vicdan məhbuslarının şəkilləri olan köynək və plakatlarla gəldilər

ap-siyasi-mehbuslarİyunun 8-də Avropa Parlamentinin vitse-prezidenti və Avropanın Yaşıllar Partiyasının üzvü Ulrike Lunaçek və  bir sıra avropalı parlamentarilər qurumun sessiyasının açılış iclasına  Azərbaycanda həbs olunan hüquq müdafiəçilərinin şəkilləri olan köynəklərlə qatılıblar.

Qara köynəklərin üzərində jurnalist Xədicə İsmayılova,  hüquq müdafiəçiləri Rəsul Cəfərov, Anar Məmmədli, Leyla Yunus, Emin Hüseynov, İntiqam Əliyevin şəkilləri olub.

Avropalı parlamentarilər bununla siyasi məhbusların azad  olunmasına çağırıblar.

Daha sonra Avropa Parlamentinin vitse-prezidenti Ulrike Lunaçek çıxış edərək bildirib ki, Avropa Azərbaycanda siyasi məhbuslar probleminə biganə qalmamalıdır. O qeyd edib ki, bununla bağlı qətnamə çıxarılmalıdır.

Qeyd edək ki, Amnesty İnternational , Freedom House, Human Right Watch, Norveç İnsan Haqları Evi Azərbaycanda  Avropa oyunları öncəsi həbs olunan hüquq müdafiəçiləri və jurnalistlərə qarşı represiyalardan narahatlıq ifadə edən bəyanatlar yayıblar.

Onlar bəyanatlarda Azərbaycan hakimiyyətini  bu həbslərə son qoymağa, insan hüquqları sahəsində ölkənin üzərinə götürdüyü öhdəliklərə əməl etməyə çağırıblar.

 

~ tərəfindən Patriot 11/06/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma