İLHAM ƏLİYEV AVROPADAKI SƏFİRLƏRİ CƏZALANDIRIR

ilham eliyev

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanı Avropa ölkələrində təmsil edən səfirlərin çoxu yaxınlarda vaxtından əvvəl geri çağıracaq

Buna səbəb onların etimadı doğrulda bilməməsi və Azərbaycandan daha çox Qərbin maraqlarını müdafiə etmələridir. Bu barədə istiqlal.az-a diplomatik qaynaqlardan məlumat daxil olub.

Mənbənin iddiasına görə, Azərbaycanın Avropa Şurası, ardınca da Avropa Ittifaqındakı səfiri olmuş, hazırda isə Islam Konfransı Təşkilatının Avropa Birliyindəki missiyasına rəhbərlik edən Arif Məmmədovla bağlı qalmaqdan sonra hakimiyyət diplomatik korpusun fəaliyyətinə və tərkibinə yenidən baxmağı qərara alıb.  Adı qara siyahıda olan Avrpoadakı səfirlər sırasında Azərbaycanın Avropa İttifaqındakı səfiri Fuad İsgəndərov, Azərbaycanı NATO-da təmsil edən Xəzər İbrahim, Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov və başqaları vaxtından əvvəl geri çağrılacaq. Mənbə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun da adının qara siyahıda olduğunu deyir: “Azərbaycanın Rusiyada da maraqları lazımı səviyyədə müdafiə edilmir”.

~ tərəfindən Patriot 10/06/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma