“HÖKUMƏTİN PƏRTLİYİNİN MOTİVİ AYDINDIR”

eli_ kerimli

“Avropa Oyunları keçirən ölkə niyə Avropanı hər gün söyüb, rüsvay edərmiş?”

AXCP sədri Әli Kərimli facebook səhifəsində hakimiyyətin Avropa əleyhinə getdikcə daha da güclənən təbliğat kampaniyası barədə yazıb. Әli Kərimli Avropa Oyunları keçirən bir hökumətin eyni zamanda Avropanı söyməsinin məntiqsizliyinə diqqət çəkib və bununla yanaşı bu davranışın səbəbini göstərib. AXCP sədri yazır:

Dostlar, sizcə, bu hökumət nə istədiyini özü bilir? Avropa oyunlarına 8 milyard dollar pul xərcləyib, bütün günü də Avropanı söyürlər. Yox, şəxsən mənə aydındır ki, niyə Avropa Oyunlarının açılışına bir neçə gün qalmış belə anti-Avropa isterikası başladıblar. Angela Merkelin ardınca Fransua Olland da Oyunların açılış mərasimini boykot etdi. Aydındır ki, Avropanın digər dövlət və hökumət başçıları da Almaniya və Fransa liderləri kimi davranacaqlar. Ölkdəki 80 nəfər siyasi məhbus azad edilmədiyinə görə Avropa Oyunlarının açılışını boykot edəcəklər. Rejimi özündən çıxardan da budur. Avropalılardan belə prinspiallıq gözləmirmişlər.

Yeri gəlmişkən, hazırda dalana dirənmiş rejimə, sifətini itirmək bahasına olsa da, dəstək vermək istəyənlərin nəzərinə çatdırım ki, bu dəfə onların “ermənipərəst” şantajı boykotçulara heç yapışmayacaq. Bu prosesə liderlik edən Almaniya böyük dövlətlər içində Qarabağ probleminin həlli məsələsində ən obyektiv mövqe sərgiləyən dövlətdir. Parlament, hökumət, XİN səviyyəsində öz ədalətli mövqeyini dəfələrlə təsbit edib. Avropa Birliyi parlamenti də, AŞ PA da, elə bugünlərdə Riqada başa çatmış Avropa Birliyi sammiti də Azərbaycanın ərazi bütövlüyünə dəstək verib. İndi də bütün bu Avropa qurumları Azərbaycandakı rejimə ermənilərin yox, azərbaycanlıların hüquqlarını pozduğu üçün təzyiq edirlər. Həbsdən azad etdirmək istədikləri adamlar da məlumunuz olduğu kimi, azərbaycanlılardır. Hə, bir də dövlətlə hökuməti qarışdırmayın. Hökumət gəldi gedərdi, bu gün var, sabah dəyişər, başqaları olar hökumət. İndiki təzyiqlər də dövlətə yox, hökumətə yönəlib. Azərbaycan dövlətinə isə heç bir Avropa dövləti hələ ki hörmətsizlik etməyib.

Hökumətin pərtliyinin motivi aydındır. Bunlar istəyirdilər ki, dəyişmədən, islah olunmadan, korrupsiyadan, monopoliyadan, seçki saxtakarlığından əl çəkmədən, xalqa divan tutma siyasətini davam etdirmək şərtilə, yalnız avropalılar üçün pul xərcləməklə elitar Avropa klubunun da üzvü olsunlar. Xalqın boğazından kəsib, ölkədə inkişaf, zənginlik görüntüsü yaratsınlar, Avropa liderlərini də ətraflarına toplayıb, xalqa mesaj versinlər ki, baxın, biz hamını satın almışıq, boş yerə bizdən xilas olmaq xəyalına düşməyin…

Alınmadı, özünüz hər şeyi hikkə, qəddarlıq və qərəzlə məhv etdiniz. İndi heç olmasa, soyuqqanlı olun. Yoxsa, bu nə davranışdır? Avropa Oyunları keçirən ölkə niyə Avropanı hər gün söyüb, rüsvay edərmiş? Adama deməzlərmi ki, bu Avropa pisdirsə (yaxşı tutaq ki, biz də razılaşdıq), bəs o halda xalqın – işsizin, qaçqının, müharibə veteranının, Qarabağ qazisinin, şəhid ailəsinin, ehtiyac içində olan gəncliyin, banklara borcu olan 2.4 milyon vətəndaşın, lap belə işi olsa da, min dərdi olan digər vətəndaşların boğazından kəsib 8 milyard dolları bu Avropa oyunlarına niyə xərclədiniz? Hansı ağılla? Kim sizdən xahiş etmişdi? İqtisadiyyatı bizim ölkə iqtisadiyyatından düz 54 dəfə böyük olan Almaniya xərc çəkməmək üçün Avropa Oyunlarına ev sahibliyi etməkdən imtina edəndə də anlamadınız ki, bu çox mənasız, Azərbaycanın imkanlarına uyğun olmayan xərcdir?

~ tərəfindən Patriot 07/06/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma