ƏLİ KƏRİMLİ: “ETDİKLƏRİNİZİN HESABINI VERƏCƏKSİZ” (VİDEO – FOTOLAR)

30 may 2015-mitinq

Təxribatlar işə yaramadı; Hakimiyyətə xəbərdarlıq edildi: “Bu xalq sizi bir gün peşman edəcək”

30 may 2015 mitinqMilli Şura mayın 30-da Bakının Yasamal rayonundakı “Məhsul” stadionunda “Xilas olaq!” şüarı altında mitinq keçirib. Aksiya saat 15.00-dan 17.00-dək davam edib.

Aksiya öncəsi təşkilatçılar tərəfindən təxribat kimi qiymətləndirilən bəzi olaylar baş verib. Belə ki, Milli Şuranın öncəki aksiyalarında tribunanın önündə asılan “Talana Son” plakatı polis tərəfindən cırılıb. Ona görə budəfəki aksiyada tribunanın önündən “Siyasi Məhbuslara Azadlıq” plakatı asılıb.

Daha bir sual doğuran olay aksiya təşkilatçılarının meydana daxil olarkən üzləşdiyi mənzərə olub. Təşkilatçılar tribunanın önündə içi qumla doldurulmuş xeyli sayda plastik butulkalar aşkar ediblər. Təşkilatçılar həmin butulkaları təmizləyiblər. Onların hansı məqsədlə tribunanın önünə atıldığı bilinmir.

Bunlardan başqa Mitinq Komitəsinin sədri Fuad Qəhrəmanlının sözlərinə görə, polislər İlham Əliyevin adı olan şüarları meydana buraxmayıblar. Təşkilatçılar bunları qanunsuz addımlar adlandırıblar.

Mitinq dövlət himninin səslənməsi ilə açıq elan edilib. Daha sonra aksiya iştirakçıları mayın 19-da Binəqədidəki faciədə və əsgərlikdə müəmmalı şəkildə  dünyasını dəyişənlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Mitinqin aparıcısı AXCP sədrinin müavini Əbülfəz Qurbanlı aksiya iştirakçılarını salamlayaraq, onlara “Xilas olaq!” şüarına dəstək verdiklərinə görə təşəkkür edib.




~ tərəfindən Patriot 31/05/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin