SABAH “XİLAS OLAQ!” MİTİNQİDİR

mitinq 2015

Milli Şuradan xalqa çağırış; Saat 15:00-da, “Məhsul” stadionunda

Milli Şuranın sabaha “Xilas olaq” şüarı altında planlaşdırdığı aksiya saat 15-də “Məhsul” stadionunda baş tutacaq. Ötən müddət ərzində aksiyaya ciddi hazırlaşan təşkilatçılar, aksiyada izdihamın yaşanacağına əmindirlər. Bunu aparılan təbliğat kampaniyası zamanı cəmiyyətin prosesə böyük maraq göstərməsi də sübut edir. Ölkənin tanınmış ictimai-siyasi xadimləri Milli Şuranın sabahkı aksiyasında iştirakın ölkənin gəlcəyi baxımından mühüm əhəmiyyət daşıdığını düşünür.

«Hazırda cəmiyyətdə baş verənlərin ciddi müzakirəsinə ehtiyac var»

AXCP sədrinin müavini Nurəddin Məmmədli hesab edir ki, Milli Şuranın qəbul etdiyi qərarlar bir qayda olaraq reallığa uyğun olmaqla yanaşı, xalqın maraqlarına cavab verib: – Aksiyanın keçirilməsi ilə bağlı addım vaxtında verilən, önəmli qərardır. Hazırda yaranmış durum baş verənlərin xalqa çatdırılması və mövcud vəziyyətdən çıxış yollarının axtarılması baxımından önəmli addımların atılmasını tələb edir. Azərbaycanda hökm sürən rüşvətxorluq və korrupsyia son dövrlərə qədər yalnız vətəndaşların maddi vəsaitlərinin mənimsənilməsi ilə nəticələnirdisə, korrupsioner rejimin atdığı addımlar insanların həyatını, sağlamlığını təhdid edir. Bunun nəticəsi olaraq inhisarçıların külli miqdarda pul mənimsəmə müqaibilində binaların üzünə çəkdikləri keyfiyyətsiz materiallar üzündən yüzlərlə insan çox böyük, ağır faciə yaşadı. İkinci önəmli cəhət ondan ibarətdir ki, biz hakimiyyətin  nə qədər qabiliyyəsiz olduğunu gördük. Bu baxımdan Azərbaycanda miqyası daha böyük olan faciələr olsa, ölkənin nə qədər ağır situasiya üzləşəcəyini hiss etməmək mümkün deyil. Mitinqi önəmli edən daha bir məqam ondan ibarətdir ki, bu miqyasda insan faciəsinin nəticəsində baş verənlərə aidiyyatı olmayan insanlar həbs olunublar. JEK və bu materialı istehsal edən zavodun müdiri. Əslində isə tikinti sektorunu bilavasitə nəzarətdə saxlamalı olan, hakimyyətin yuxarı eşalonunda təmsil olunan kifayət qədər günahkarlar var. Onlar baş verənlərə görə məsuliyyət daşıyırlar. Onlar xalqın gözündən pərdə asmaq üçün müəyyən addımlar atmaqla məşğuldurlar. Əgər bütün bu məsələlər qabardılması cinayətlər daha iri miqyaslı şəkildə davam edəcək. Ona görə bütün bunların ciddi müzakirəsinə ehtiyac var. Mitinq də bu baxımdan önəmli tədbirdir. Milli Şura olaraq cəmiyyətdə baş verən son mühüm hadisələrə münasibət bildirməkdir.

«İnsanlar mitinq çağırışına səs verməli, mitinqə qatılmalıdır»

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamal bildirdi ki, mətbuatın, demokratik düşərgə təmsilçilərinin neçə zamandır binaların üzlənməsi ilə bağlı tutduğu iradlar qəbul edilmədi və nəticədə dəhşətli faciə baş verdi. V.Mirkamal hesab edir ki, bu cür özbaşnalığa qarşı cəmiyyət etirazını bildirməlidir: – Hakimiyyətin hərisliyi, məmurların qazanmaq iştahı insanların faciəsi ilə nəticələndi. Bu birmənalı qayda da büdcə vəsaitlərinin talanmasıdır. Baş verənlər, özbaşnalıq, səhlənkarlıq son nəticədə insanları ölümə sürükləyir. Azərbaycan Avropaya inteqrasiya yolunu tutduğunu bəyan edib. Riqa sammitində Azərbaycanla bağlı mühüm qərarların qəbul olunması təqdirəlayiqdir. Baş verənlər Azərbaycana bir mesaj olmalıdır. Ötən müddət ərzində kifayət qədər hadisə baş verib. Bu hadisələr insanları hakimiyyətdən xilas olmaq barədə düşünməyə vadar edir. İnsanlar mitinq çağırışına səs verməli və baş verənlərə etiraz olaraq mitinqə qatılmalıdır.

«Xalqı qarşı terrora, repressiyalara, büdcə talançılığına etiraz aksiyası»

 Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Oktay Gülalıyev bildirdi ki, Milli Şuranın mitinq qərarı reallığa cavab verən addımdır. Çünki ötən müddət ərzində baş verənlər buna etirazı zəruri edir: – May ayında Milli Şura Bakı Şəhər İcra Hakimiyyətinə aksiya keçirməklə bağlı üç dəfə müraciət edib. Hər üç məktubumuza mənfi cavab verilib və bizim razılığımız olmadan aksiyanın tarixi dəyişdirilib. Amma biz bu dəfə aksiyanın şənbə günü keçirilməsinə təsadüfən razılıq vermədik. Çünki son zamanlar ölkənin həyatında mühüm hadisələr baş verib. Bu baş verən proseslər xalqın hüquqlarının total şəkildə tapdanmasıdır. Bir müddət əvvəl Konstitusiya Məhkəməsi vətəndaşların banklara olan borcları ilə bağlı mühüm qərar verdi. Çoxlu sayda müraciətlərə baxmayaraq məhkəmənin çıxardığı qərar xalqın mənafeyinə uyğun olmadı. Avropa Oyunlarına mənbəyi bəlli olmayan vəsaitlər xərclənir. Eyni zamanda Cəllabadda Qarabağ qazisi dözülməz situasiya ilə üzləşdiyi üçün özünü yandırdı. Bundan başqa Binəqədi rayonunda faciəvi hadisə baş verdi. Günahsız insanlar həyatlarını itirdi. Amma bu günə qədər hadisənin günahkarları cəzalandırılmayıb. Bütün bunlarla yanaşı mayın 22-də FHN-in hərbi hissəsində Balaşov Tapdıq müəmmalı şəkildə dünyasını dəyişdi. Xalqımızın düşdüyü bu hüquqsuz durumu nəzərə alaraq, Bakı Şəhər İcra Hakimiyyətinin razılıq verdiyi gün aksiya keçirməyi qərara aldıq. Hakimiyyətin demokratik düşərgəyə qarşı total hücumlarına, sayqısızlığına, Konstitusiyanın müddəalarını pozmasına  baxmayaraq, Milli Şura xalqın maraqlarını düşünərək, bu aksiyanın keçirilməsinə qərar verdi. Hesab edirik ki, Azərbaycan xalqı ona qarşı aparılan terrora, repressiyalara, büdcə talançılığına etiraz əlaməti olaraq aksiyaya qatılacaq. Azərbaycan məmur özbaşnalığı, büdcə talançılığı, yanlış idarəetmə, əsgər ölümləri davam edir. Bu baxımdan düşünürük ki, xalqın hüquqlarına sahib çıxmaq haqqı var.

«Xalq gərək cəmiyyəti narahat edən məsələlərin müzakirə ediləcəyi aksiyada iştirak etsin»

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, tanınmış publisist Mehriban Vəzirin fikrincə,  insan lar öz fikirlərini ifadə etməli, cəmiyyətdə baş verənlərə reaksiya verməlidirlər. Ona görə cəmiyyətin öz mövqeyini ortaya qoması vərdişinin formalaşması vacibdir: – Bizim təəssüflə müşahidə etdiyimiz bir məqam var. Hər kəs öz etirazını pıçıltı ilə evdə, küncdə bildirir. Amma daha geniş toplum biraraya gələndə bu etiraz dilə gətirilmir. Etiraz etmək və onu müvafiq ünvanlara çatdırılması bir siyasi mədəniyyətdir. Bəlkə də bu etirazlar davam etdikcə, sözlər deyildikcə eşidiləcək. Ona görə idarəetməni vicdanlı və hissiyatlı olmağa gərək cəmiyyət özü yönləndirsin. Amma cəmiyyət bunu etmir. Ona görə normal nəticə əldə olunmur. Buna görə də yaşayış prosesi, sosial problemlər həll olunmur. Cəmiyyət olaraq bu məsələlərlə bağlı düşünməli, ortaya bir mədəniyyət qoymalıyıq. Xalq gərək cəmiyyəti narahat edən məsələlərin müzakirə ediləcəyi aksiyada iştirak etsin.

«Hazırda baş verənlərə biganə qalmaq olmaz»

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Natiq Kərimov da vurğuladı ki, cəmiyyət hazırda baş verən özbaşnalığa, qanunsuzluqlara etiraz edərək mövqeyini ortaya qoymalıdır: – Mən hamıya aksiyaya qatılmağı tövsiyyə edirəm. Bu dövlətçiliyə bir xidmət olar. Çünki hazırda baş verənlərə biganə qalmaq olmaz. Hakimiyyət hər cür oyundan çıxır. Elə bir vəziyyət yaratdılar ki, axırda insanları diri-diri yandırdılar, zəhərlədilər. Bunun sonu olmayacaq? Azərbaycan dövləti yarananda insanlarımız hüquqi dövlətdə yaşamağı arzulayırdılar. Amma tam başqa cür oldu. Cəmiyyətimiz bilməlidir ki, əgər etiraz səsi ucalması bu işin sonu yoxdur. Özbaşnalıq və qanun pozuntuları davam edəcək. Əgər bu gün beş manat qazanıb onu itirməmək üçün danışmırsansa, sən gələcəkdə öz balalarının çörəyinə bayis olursan. Bu həqiqəti unutmaq olmaz.

«Nə qədər çürük Əliyevlər rejimi mövcuddur aksiyalarda iştirak edəcəyik»

“Atəşkəs Qurbanları” ictimai təşkilatının təmsilçisi, şəhid atası Əli Kərimbəylinin sözlərinə görə, hazırda cəmiyyətdə baş verən qanunsuzluqlara etiraz, onların aradan qaldırılması hər bir şəxsin vətəndaş borcudur: – Nə qədər çürük Əliyevlər rejimi mövcuddur biz bu aksiyalarda iştirak edəcəyik. N əqədər ki, Azərbaycanda rüşvətə, korrupsiyaya son qoyulmayıb, biz mübarizəmizi aparacağıq bu bizim borcumuzdur. Ona görə mən millətimizi bu aksiyada iştirak etməyə çağırıram. Azərbaycanın ən ümdə problemlərindən biri də siyasi məhbus məsələsidir. Onun da cözülməsinə ehtiyac var. Biz buna görə də etiraz edirik.

~ tərəfindən Patriot 29/05/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma