AXCP SƏDRİ XALQI “XİLAS OLAQ” MİTİNQİNƏ SƏSLƏDİ

xilas olaq 30 may

“Şərə etiraz etmək zamanıdır!”;  30 MAY, saat 15:00, MƏHSUL stadionu

AXCP sədri Əli Kərimli MilliŞuranın 30 may mitinqi ilə bağlı xalqa çağırış edib. AXCP lideri facebook səhifəsində yazır:

AXCP sədri Əli Kərimli Milli Şuranın 30 may mitinqi ilə bağlı xalqa çağırış edib. AXCP lideri facebook səhifəsində yazır:
“Qərar verildi. Milli Şuranın növbəti mitinqi 30 may, saat 15-də “Məhsul” stadionunda keçiriləcək. Elə zamanlar olur ki, artıq susmaq mümkün olmur, sadəcə yazıb tənqid etmək kifayət etmir. İndi o zamandır. Səsimizi qaldırıb, “Bu xalqla bu qədər saymazyana, acımasız davrana bilməzsiniz” demək zamanıdır.

– Yandırılaraq, boğularaq öldürülmüş soydaşlarımızın, körpə balalarımızın qanının batırılmasına;
– Əsl cinayətkarların hələ də iş başında qalıb meydan sulamasına;
– Büdcə vəsaitlərinin talan edilməsinə, mənasız israfçılığa;
– Manatın devalvasiyasının bütün ağır nəticələrinin sadə xalqın çiyninə qoyulmasına;
– Dəhşətli kredit faizlərinə, dollarla krediti olan vətəndaşlarımızın ikiqat soyulmasına;
– Korrupsiyaya, monopoliyaya, hüquqsuzluğa;
– Əsgər ölümlərinə;
– Qarabağ qazilərinin özlərini öldürmə həddinə çatdırılmasına;
– Siyasi məhbusların azad edilməməsinə

etiraz etmək üçün, xalqımıza azadlıq, ədalət və hüquq tələb etmək üçün meydanda olacağıq. Siz də gəlin! Meydanlara çıxmaq, şərə etiraz etmək zamanıdır. Bədbəxtliyin hər birimizin qapısını döyməsini gözləyə bilmərik!”.

 

~ tərəfindən Patriot 27/05/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma