BAKIDA BİNA YANIB KÜLƏ DÖNDÜ (VİDEO)

yangin_19_may

Penoplastla üzlənmiş bina külə döndü; 16 nəfərin öldüyü bildirilir; ölənlərin daha çox olması barədə iddialar səsləndirilir; həyatını itirənlər arasında azyaşlı uşaqlar da var

Paytaxtı “bəzəyən” şirkətin rəhbəri həbs olundu; binalardan üzlüklərin sökülməsinə başladı

Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospetki 200/36 ünvanında yerləşən çoxmərtəbəli binada dəhşətli yanğın baş verib.

Yanğın zamanı neçə nəfər ölüb?

Penaplastla üzlənmiş binada baş verən yanğının ilk saatlarında 2 nəfərin öldüyü 10-ya yaxın sakinin isə xəsarət aldığı barədə məlumat yayılsa da, sonradan ölən və yaralananların sayı artıb. Hələ ki, son məlumatlara görə, yanğın 16 nəfərin həyatına son qoyub, 64 nəfər sakin isə xəsarət alıb. Lakin sosial şəbəkələrdə yayılan məlumatlarda iddia olunur ki, yanğın zamanı 30 nəfərə yaxın sakin dünyasını dəyişib. Ölənlər arasında azyaşlı uşaqlar da var.  Hələ ki, ölənlərdən 11-nin şəxsiyyəti müəyyənləşib. Onlar Cavadov Ömər Vüqar oğlu (yaş yarımlıq), Kərimova Nazilə Malik qızı (39 yaş), Kərimova Ayan Anar qızı (5 yaş), Hüseynov Ayxan Şahin oğlu (2 yaş), Məhərrəmova Fərəh Elnur qızı (3 yaş),  bacı-qardaş – Bağırov Sahib Rəhim oğlu (46 yaş), Bağırova Firəngiz Rəhim qızıdır (60 yaş), Şirinova Zülfiyyə Yavər qızı (1972), Həcəfzadə Yaşar Fazil oğlu (27) və bacı-qardaş Eyvazova Ülkər Hamir qızı (1995), Eyvazov Davud Hamir oğlu (16 yaş).  16-cı mərtəbədə yaşayan Yaşar Həcəfzadə yanğın zamanı özünü aşağı atıb. 3 yaşlı Fərəh isə əvvəlcə itkin düşüb. Sonradan öldüyü bəlli olub.

Rəsmi qurumlardan üzlük açıqlaması

Daxili işlər naziri Ramil Usubov, baş prokuror Zakir Qaralov və Fövqəladə Hallar Hazirliyinin vəzifəli şəxsləri hadisə yerində olublar. FHH, DİH və Baş Prokurorluğun yaydığı birgə məlumatdan məlum olub ki, fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma, 308.2-ci – vəzifə səlahiyyətlərindən sui-istifadə və 314.2-ci – ağır nəticələrə səbəb olan səhlənkarlıq maddələri ilə cinayət işi başlanıb.

Zakir Qaralov jurnalistlərə açıqlamasında bildirib ki, FHH, DİH və Baş Prokurorluq hadisə ilə bağlı birgə istintaq qrupu yaradıb. Baş prokurorun sözlərinə görə, bu sahədə ixtisaslaşdırılmış kadrlar istintaqa, əməliyyat qrupuna cəlb olunub. “Yanğına ilkin səbəb binanın üzlük örtüyünün lazımı keyfiyyətdə olmamasıdır. İcra orqanlarından təhvil-təslim aktları götürülüb. Bu hərəkətə lazımi qiymət veriləcək”,- deyə Zakir Qaralov əlavə edib.



~ tərəfindən Patriot 20/05/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: