ÖLKƏDƏN KAPİTAL AXINI BAŞLAYA BİLƏR

azerbaycan_kapital

İş adamlarına hücum biznesmenləri ölkədən çıxmağa sövq edəcək

Son günlərin əsas müzakirə mövzusu sahibkarların kütləvi həbsidir. Proqnozlara görə, həbslər davam edəcək. 100-lərlə insanın istintaqa cəlb olunduğu haqqında da məlumatlar yayılır. Bizim bu yazıda məqsədimiz hansısa sahibkarı müdafiə etmək deyil. Kimin hansı günahının olmasından, hansı cinayətə yol verdiyindən də xəbərsizik. Bildiyimz bir həqiqət var ki, bütün baş verənlərin əsas günahkarı hakimiyyətdir.
Əgər oliqarxlar milyonlarla manat vəsaiti mənimsəyiblərsə, vergidən yayınıblarsa, bunun məsuliyəti hakimiyyətin üzərindədir. Birincisi, Azərbaycanda yüksək səviyyədə himayəsi olmayan heç bir oliqarx 10 milyonlarla vəsaitə sahiblənə bilməz. Ikincisi, əgər bu şəxslər doğrudan da maliyyə xəyanəti ilə məşğul olublarsa, bunu aidiyyəti qurumlar bilməli, müdaxilə etməli idi. Üçüncüsü, bu adamların məhz indiki kritik məqamda məsuliyyətə cəlb olunması xeyli suallar meydana çıxarır. Artıq bu hadisə cəmiyyətdə ciddi ajiotaj yaradıb və ümumi qənaət belədir ki, hakimiyyət iş adamlarının pullarını ələ keçirmək, yaranmış maliyyə krizisini bu adamların sayəsində sığortalamaq istəyir.

Amma bu yazının əsas məqsədi, baş verənlərin ölkəyə necə zərər vuracağına diqqəti çəkməkdir. Əvvəla, həbs olunmuş iş adamlarının günahları varsa belə, bunu başqa üsullarla da çözmək olardı. Indiki halda isə hakimiyyətin addımları daha çox mafioz qaydalarına bənzəyir və pullu adamları panikaya salıb. Həbs olunmuş şəxslər barəsində ağlabatan rəsmi açıqlama verilmir, xeyli sayda insan istintaqa ifadə verməyə çağırılır və s. Elə mənzərə yaranıb ki, kənarda qalan iş adamları ölkədən çıxmaq, pullarını sığortalamaq istəyirlər. Çünki, bu ölkədə istənilən şəxsi saxta ittihamlarla həbs etmək, ləkələmək, mülkiyyətini ələ keçirmək olduqca asan məsələdir. Çünki, məhkəmələr sifarişlə işləyir, üzəduranlardan ibarət komanda fəaliyyət göstərir, adam oğurlayıb işgəncə vermək kimi nümunələr kifayət qədərdi. Təkcə müxalif fikirli insanların həbsi, məhkəmə prosesləri kifayət edir ki, ölkədə hansı idarəetmənin olduğunu müəyyən edəsən.

Yəni iş adamlarına qarşı hücum ölkədən xeyli maliyyənin çıxarılmasına səbəb ola bilər. Bu isə kövrək iqtisadiyyata daha bir zərbə olardı. Ən azı nağd pul kütləsinin azalması, iş yerlərinin qapadılması təhlükəsi var. Onsuz da hakimiyyətin yarıtmaz siyasəti nəticəsində qeyri-neft sektoru inkişaf etdirilməyib, azad sahibkarlıq mühiti yaradılmayıb və milyardlarla vəsait ölkədən çıxarılıb. Belə bir böhranlı vəziyyətdə iş adamlarına qarşı hay-küylü hücumlar, bu adamların “bandotdel”ə aparılması, halal zəhməti ilə pul qazanmış, iş qurmuş insanları da narahat edir. Adamlar müşahidə edir ki, hakimiyyət öz yetirmələrini də “yeməyə” başlayıb. Kənarda qalan iş adamları da fikirləşir ki, hakimiyyətin pula ehtiyacı yaranıbsa, onları da hansısa yolla zərərsizləşdirəcəklər. Bir daha qeyd edirik ki, yaranmış ajiotaj ölkə iqtisadiyyatına daha bir zərbə ola bilər. Üstəlik, belə bir məlumat da yayılıb ki, Avropa Oyunlarından sonra daha çox insanın həbsi gözlənilir və maliyyə böhranı hakimiyyəti daha aqressiv addımlar atmağa sövq edəcək.

Istənilən halda, baş verənlər hakimiyyətin talançı mahiyyətindən qaynaqlanır. Ölkə başçısı iş adamlarını qanunlar çərçivəsində işləməyə çağırır. Amma iş adamlarına hər hansı müsbət nümunə təqdim etməyiblər. Əksinə, iş adamaları tez-tez hakim ailənin, nazirlərin milyonluq bizneslərindən, holdinqlərindən, mülklərindən xəbər tutur, ofşorlara daşınan milyardları görür və talamağın məqbul olduğu qənaətinə gəlir.
Yeri gəlmişkən, bu “maliyyə xəyanəti” yekə məmurlara niyə şamil olunmur? Axı onların var-dövləti real gəlirləri ilə tərs mütənasibdir. Hüquq-mühafizə orqanlarımız iri çinlilərdən nə vaxt şübhələnəcək…

~ tərəfindən Patriot 17/05/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma