ALMANİYADAN İLHAM ƏLİYEVƏ ŞƏRT

Joachim Gauck_Yoaxim Qauk

“Münasibətlərin gələcək inkişafı Azərbaycanın demokratiya sahəsində atacağı addımlardan asılıdır”

Almaniya parlamentindəki Yaşıllar fraksiyasının təşəbbüsü ilə hazırlanmış Azərbaycandakı repressiyalar, bu ölkədə avtoritar rejimin hökm sürməsinə dair qətnamə layihəsi Bundestaqda müzakirə olunub.

Sənəddə eyni zamanda, Azərbaycandakı repressiyalar, xüsusən son bir ildə həyata keçirilən siyasi motivli həbslərə münasibət, bunların qarşısını almaq üçün hansı addımların atılması ilə bağlı Almaniya hökumətinə də 60 sual ünvanlanıb. Almaniya hökuməti Azərbaycanda insan haqlarının vəziyyətinə dair sualları cavablandırmaq üçün iki ay vaxt istəyib. Bu arada baş verən daha bir olay Almaniya ilə Azərbaycan arasında yaşananlar barəsində maraqlı fikir formalaşdırır.

Söhbət Almaniya prezidenti Yoaxim Qaukun Ilham Əliyeva Respublika Günü münasibətilə ünvanladığı təbrik məktubundan gedir. Məktubda Almaniya-Azərbaycan münasibətlərinə toxunan prezident bir sıra məqamların altını cızıb. Məktubda açıq tekstlə bildirilir ki, münasibətlərin gələcək inkişafı Azərbaycanın demokratiya sahəsində atacağı addımlardan asılıdır. Eyni zamanda məhz bu sahələrdə ikitərəfli dialoqun reallaşdırılması mühüm sayılır: “Mən Azərbaycanın Almaniya və Avropa Ittifaqı ilə tərəfdaşlığını genişləndirməyə hazır olduğunu alqışlayıram. ”Cənub” qaz dəhlizinin genişləndirilməsində ölkənizin öz üzərinə götürdüyü əsas rol bu tərəfdaşlığın əyani təsdiqidir.

Bir neçə həftədən sonra Azərbaycan birinci Avropa Oyunlarına ev sahibliyi edərək diqqət mərkəzində olacaqdır. Bununla əlaqədar mən Sizin ölkədaxili islahatları davam etdirməklə Avropa dəyərlərini yüksək qiymətləndirməyinizi alqışlayıram. Almaniya bu yolda Azərbaycanı etibarlı tərəfdaş kimi hər zaman dəstəkləyib və dəstəkləyəcəkdir. Bu istiqamətdə açıq dialoqun davam etdirilməsi böyük əhəmiyyətə malikdir”.

Siyasi ekspertlərin fikrincə, hamıya məlumdur ki, Avropanın iqtisadi lokomotivi olan Almaniya həm də faktiki olaraq siyasi cəhətdən də Avropada bu rolu oynayır. Avropa Birliyinin üzvü olan Almaniya Azərbaycanla müxtəlif sahələrdə Azərbaycan-Avropa Birliyi və Azərbaycan-Almaniya münasibətlərinin genişləndirilməsində çox maraqlıdır. Almaniya Azərbaycanı təkcə iqtisadi tərəfdaş kimi deyil, həm də siyasi tərəfdaş kimi görmək istəyir. Prezidentin də məktubundan görünür ki, onlar bu sahədə, yəni Azərbaycanın Avropa ilə açıq siyasi dialoq aparmasına böyük önəm verirlər. Bu ilin yanvarında Ilham Əliyev Almaniyada olarkən Merkel ilə görüş keçirib. Mətbuat konfransı zamanı Merkel açıq şəkildə bildirmişdi ki, demokratiya sahəsində Almaniya ilə Azərbaycan arasında fikir ayrılıqlar qalır. Almaniya prezidenti məktubunda açıq şəkildə bildirir ki, onlar Azərbaycanla açıq siyasi dialoqun olmasına böyük əhəmiyyət verirlər. Məsələ burasındadır ki, Azərbaycan hakimiyyəti faktiki bu tipli dialoqlardan yayınır. Bunun isə çox sadə bir səbəbi var. Avropa Birliyi o cümlədən Almaniya Azərbaycanı Avropaya inteqrasiya yolu gedən və bu yolun başlıca tələbi olan demokratik islahatlar aparan ölkə kimi görmək istəyirlər.

~ tərəfindən Patriot 17/05/2015.

Bir Cavab to “ALMANİYADAN İLHAM ƏLİYEVƏ ŞƏRT”

  1. ikinci qurub əlilem 43 manat aliram dolana bilmirəm xəsdəyem işləyə bilmirəm

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma