“KRIMIN QANUNSUZ İLHAQI HEÇ BİR HALDA QƏBULEDİLMƏZDİR”

davudoglu

Davudoğlu Rusiyanı Krımı işğal etməkdə ittiham edib

Türkiyənin baş naziri Ahmet Davutoğlu NATO üzvü olan ölkələrin XİN rəhbərlərinin sammitində Krımın “qanunsuz ilhaqının” yolverilməz olduğunu bildirib və Ukraynanı və Krım tatarlarını dəstəkləməyə çağırıb, xəbəri Reuters yayıb.

“Ukrayna öz təhlükəsizliyini və vətəndaşlarının təhlükəsizliyini möhkəmləndirmək üçün dəstək almalıdır. Amma Ukraynaya kömək əli uzadarkən biz Krım sakinlərinin iztirablarını unutmamalıyıq. Krımın qanunsuz ilhaqı heç bir halda qəbuledilməzdir”, deyə Davutoğlu bildirib.
O, həmçinin bildirib ki, Krım tatarlarına dəstək və onların təcridinə son qoyulması Krımdakı vəziyyətdə həlledici əhəmiyyət kəsb edir, deyə UNİAN qeyd edir.

Dünən Antalyada sammitin başlanmasından əvvəl Türkiyə XİN rəhbəri Mevlut Çavuşoğlu bildirib ki, Rusiyanın Ukrayna, Krım və Gürcüstana qarşı əməllərinə “heç nə bəraət qazandıra bilməz”.

Türkiyə xarici işlər naziri Krım tatarlarının hüquqlarının pozulmasının qəbuledilməz olduğunu deyib və Türkiyənin Krımda insan hüquqlarının pozulmasının monitorinqi üçün yarımadaya qeyri-rəsmi missiya göndərməyi planlaşdırdığını qeyd edib.

Türkiyə rəsmilərinin kəskin bəyanatları Vladimir Putinin Yerevana səfərindən sonra səslənib. Putin anım mərasimində 1915-ci ildə Osmanlı İmperiyası ərazisində ermənilərin kütləvi qətlini soyqırım kimi səciyyələndirib. Türkiyə XİN və ölkə prezidenti Recep Tayyip Erdoğan Putinin sözlərini pisləyib.

“Bu, Rusiyanın bu məsələ ilə bağlı “soyqırım” sözündən istifadə etdiyi ilk hal deyil. Putinin bu addımı atması şəxsən məni kədərləndirir. Hazırda Ukraynada və Krımda baş verənlər göz önündədir. Onlar əvvəlcə bunu izah etməli, ondan sonra “soyqırım” sözündən istifadə etməlidirlər”, deyə Erdoğan bildirib.

Bunun ardınca Ankara Rusiya qazının Avropaya nəqlini təmin edəcək “Türk axını” qaz kəmərinin tikintisi haqqında danışıqları pozmağa başlayıb.

~ tərəfindən Patriot 14/05/2015.

2 Cavab to ““KRIMIN QANUNSUZ İLHAQI HEÇ BİR HALDA QƏBULEDİLMƏZDİR””

  1. ikinci qurub əliləm 43 manat aliram şikayətim var

  2. ikinci qurub əliləm 43 manat aliram dolana bilmirəm ag ciyər xəsdəliyinən əziyət cəkirəm dəfələrnən muraciyət eləmişəm baxmirlar aldadirlar başima oyunlar acirlar bir otaq mənzildən ötəri duşmuşəm yolara uşagim xəsdə özum xəsdə 43 manatnan neyləmək olar evim yox bezmişəm həyatimnan özumu amerika səfirliyin qarşsinda yandiracam dolana bilmirəm azərbaycan vətandaşligindan imtna edirəm xaiş edirəm mənə köməklik edin uşagimda göturub azərbaycandan cixmaq isdəyirəm mənimlə əlaqə saxlamanizi xaiş edirəm butun məsələni acib tökəcəm milət hansi vəziyətdə yaşayir gizlədirlər bunu cəmiyətdən ne halda yaşayiriq əlaqəni mənimlə saxlayin xaiş edirəm əhmədov kənan niymət oglu 1978 .055 284 78 70

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma