İSVEÇRƏDƏN İKİMƏRTƏBƏLİ QATARLAR GƏLİR

azerbaycan demir yollari

Azərbaycan İsveçrədən ikimərtəbəli qatarlar alır

Bu gün Bakıda “Azərbaycan Dəmir Yolları” QSC və İsveçrənin “Stadler Rail Group” şirkəti arasında 5 ədəd KİSS markalı ikimərtəbəli qatarların satın alınmasına dair müqavilə imzalanıb.

azerbaycan demir yollari.2Verilen məlumata görə, müqaviləni “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və şirkətin rəhbəri Peter Şpuler imzalayıblar.
İmzalanma mərasimi Bakıda keçirilən 14-cü Beynəlxalq “Nəqliyyat, tranzit və logistika” sərgisi çərçivəsində baş tutub.

QSC sədri bildirib ki, müqavilənin dəyəri təqribən 60-70 milyon avrodur: “Bu vəsait “Stadler Rail Group” şirkətinə sərnişin daşınmasından əldə edilən gəlirlər hesabına 20 il ərzində ödəniləcək”.

Hər bir qatar 4 vaqondan ibarətdir. Hər qatarın sərnişin tutumu 919 nəfərdir, qatarların hər birində 396 oturacaq yeri var, onlardan 84-ü biznes-sinifdir.

İmzalanma mərasimində qeyd edilib ki, ilk iki qatar 2015-ci ilin iyununda Azərbaycana gətiriləcək və onlar I Avropa Oyunlarında Bakı Dəmiryol Vağzalı və Metronun “Koroğlu” stansiyası arasında hərəkət edəcək.

Qalan qatarlar 2016-cı il yanvarın sonunda Azərbaycana çatdırılacaq. I Avropa Oyunları başa çatdıqdan sonra bütün beş qatarın Bakı-Sumqayıt dəmiryol xəttində istifadə edilməsi planlaşdırılır.

Bakı-Sumqayıt dəmir yolu cari ilin iyunun 5-də istismara veriləcək. Dəmir yolunun uzunluğu 43 kilometr olacaq.

~ tərəfindən Patriot 13/05/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma