“AZƏRBAYCANDA AVTORİTAR REJİM HÖKM SÜRÜR”

alman_parlament

Azərbaycandakı repressiyalar Almaniya parlamentində müzakirəyə çıxarıldı

“Azərbaycan hakimiyyəti mətbuata, müstəqil QHT-lərə, rejimi tənqid edən hər kəsə qarşı repressiya siyasəti aparır”

Dünən Almaniya parlamentində (Bundestaq) Azərbaycanda avtoritar rejimin hökm sürməsi, xüsusən son bir ildə güclənən repressiyalarla bağlı müzakirələr aparılıb. Müzakirələr Yaşıllar Partiyasının təqdim etdiyi qətnamə layihəsi ətrafında keçirilib. Qətnamə layihəsində Azərbaycanda baş verənləri əks etdirən maddələr yer alıb.

Azərbaycanda siyasi məhbus problemi, hüquq müdafiəçiləri, siyasi fəallarının təqib edilməsi, vətəndaş hüquq və azadlıqlarının boğulması faktları sənəddə geniş şəkildə əksini tapıb.

“Azərbaycanda repressiyalar güclənir. Uzun illərdir ki, bu ölkədə Ilham Əliyevin avtoritar rejimi hökm sürür. Ölkədə demokratik dəyərlərə açıq-aşkar etinasızlıq göstərilir. Son bir il ərzində Azərbaycan hakimiyyəti mətbuata, müstəqil qeyri-hökumət təşkilatçılarına, rejimi tənqid edən bütün şəxslərə qarşı repressiya siyasəti aparır. Əliyevlərin hakimiyyətdə olduğu illər ərzində bu ölkədə beynəlxalq standartlara uyğun azad və ədalətli seçkilər keçirilməyib. ”Sərhədsiz Reportyorlar” təşkilatının məlumatına görə, Azərbaycan söz azadlığının vəziyyətinə görə 180 ölkə arasında 162-ci yeri tutur. Hakimiyyəti ifadə və toplaşma azadlığını çox ciddi şəkildə məhdudlaşdırıb. Qanunların açıq-aşkar pozulması ilə müşayiət olunan həbslər, siyasi motivli məhkəmə prosesləri, həbsdə olan şəxslərə qarşı pis rəftar və işgəncə halları davam edir. “Amnesty International”, “Human Rights Watch” və “Sərhədsiz Reportyorlar”ın verdiyi məlumatlarda göstərilir ki, 2013-cü ildən başlayaraq, Azərbaycanda insan hüquq və azadlıqları sahəsində vəziyyət kəskin şəkildə pisləşib”, – deyə qətnamə layihəsinin girişində qeyd olunub.

Layihənin 21-ci bəndində “Azadlıq” qəzetinə qarşı basqılardan bəhs edilir. Bu bənddə deyilir: “Federal hökumət nəzərə almalıdır ki, müxalif qəzet olan ”Azadlıq” 2011-2013-cü illərdən başlayaraq diffamasiya qanunundakı normativ məhdudiyyətlər üzündən çoxsaylı təqiblərə məruz qalmaqdadır. Bu qəzetin küçələrdə və metroda satışı üzərində qadağalar qoyulub, “Azadlıq”ın satışından gələn pullar redaksiyaya verilmir, Nəşriyyata yaranan borclara görə qəzet tez-tez nəşrini dayandırmağa məcbur olur”.
Bundan başqa, qətnamədə “Azadlıq” qəzetinin əməkdaşı Natiq Ədilovun qardaşı Murad Ədilovun, eləcə də “Azərbaycan saatı” televiziya proqramındakı fəaliyyətinə görə jurnalist Seymur Həzinin həbsi barədə də narahatlıqlar federal hökumətin nəzərinə çatdırılır.

Qətnamə layihəsi barədə daha ətraflı məlumat verəcəyik.

~ tərəfindən Patriot 13/05/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma