QƏDİM ŞUŞAMIZIN İŞĞALINDAN 23 İL ÖTÜR

susa

23 ildir erməni işğalında olan qədim Azərbaycan şəhərinin azad olunması yubandıqca ermənilərin məskunlaşdırılması genişlənir

susaBu gün Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən qədim Şuşa şəhərinin Ermənistan tərəfindən işğal olunmasından 23 il ötür. 1992-ci il mayın 8-də Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırılıb.

Bununla ermənilər bölgənin Azərbaycandan faktiki qoparılmasına nail olublar. Şuşanın işğalı nəticəsində 480 günahsız vətəndaş qətlə yetirilib, 600 nəfər yaralanıb, 22 min nəfər öz tarixi ata-baba yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur. İşğal nəticəsində Şuşadakı çoxlu sayda tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib. Bu siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da daxil olmaqla, bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir. Ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsinə və ya erməniləşdirilməsinə nail olublar, bu prosesi hələ də həyata keçirməkdədirlər. Qədim Şuşa Məscidinin üzərindəki Azərbaycan milli memarlıq ornomentlərinin silinərək erməniləşdirilməsinin həyata keçirildiyi barədə bugünlərdə xəbərlər yayılıb.

Ermənilər Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar. Ümumilikdə 1992-ci il mayın 8-də Ermənistan Silahlı Qüvvələrinin Şuşanı işğal etməsi nəticəsində Azərbaycanın 289 kvadrat kilometr ərazisi ermənilərin nəzarətinə keçib. İşğalçı Ermənistanın işğal etdiyi Azərbaycan əraziləri içərisində ən sıx süni məskunlaşdırma da məhz Şuşada tətbiq edilməkdədir. Şuşanın azad olunması gecikdikcə, işğalçılar bu qədim Azərbaycan şəhərində erməni ailələrinin məskunlaşdırılmasını davam etdirirlər. Yayılan informasiyalara görə, artıq Şuşada 5 mindən artıq erməni məskunlaşdırılıb. Proses davam etdirilir.

Bu qədim və strateji əhəmiyyətli şəhərimizin ələ keçirilməsi ilə bağlı mübahisələr isə hələ də davam edir. Şuşanın işğalı Rusiya ordusunun bilavasitə dəstəyi ilə reallaşması, Azərbaycanın ozamankı rəhbərliyinin məsuliyyətsizliyi, silahlı qüvvələr daxilində pərakəndəlik, müdafiə işinin düzgün qurulmaması və s.lə əlaqələndirilir.

~ tərəfindən Patriot 08/05/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: