MƏMURLAR XARİCDƏKİ PULLARINI ÇIXARMAĞA BAŞLAYIB

ilham_nazirler

Sanksiya çağırışları məmurları təşvişə salıb

Azərbaycan məmurları xarici banklardakı pullarını çıxarmağa başlayıb. Bu barədə redaksiyamıza hakimiyyətdəki mənbə məlumat verib. Qaynağımız iddia edir ki, hətta bəzi məmurlar xaricdəki bizneslərini də dondurublar. Mənbənin sözlərinə görə, məmurlar sanksiyalardan ehtiyat edərək bu addımı atırlar:

“Son vaxtlar Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar tətbiq olunması gündəmə gətirilir. ABŞ qanunvericiləri Maqnitski aktının genişləndirilməsi üzərində işləyir. Məqsəd isə aktın təkcə Rusiyaya deyil, başqa ölkələrə də şamil edilməsidir. Bu ölkələr sırasında Azərbaycanın adı da var. Azərbaycan hakimiyyəti də bundan məlumatlıdır. Əslində son vaxtlar ABŞ-a qarşı şiddətli kampaniya aparılmasının kökündə də bu məsələ dayanır. Təsadüfi deyil ki, ABŞ Helsinki Komissiyasının sədri Kristofer Smit də açıqlamalarında Qlobal Maqnitski Aktı qəbul olunduqdan sonra bunun adı korrupsiyada və insan haqlarını pozmaqda hallanan Azərbaycan məmurlarına da şamil oluna biləcəyini deyib. Maqnistki aktında viza qadağaları ilə yanaşı maliyyə sanksiyaları nəzərdə tutulur”.

Məlumat üçün deyək ki, Qlobal Maqnitski Aktının həmmüəllifi, konqresmen Cim Makqovern bildirib ki, ABŞ və digər ölkələr insan haqlarını öz xarici siyasətlərinin mərkəzi hissəsi hesab edirlər. “Insan hüquqlarını pozanlar nəzərə almalıdırlar ki, onların hərəkəti diqqətdən kənarda qalmayacaq”, – deyə o əlavə edib.

“Azərbaycanlı məmurlar da Qlobal Maqnitski qanununun təsirinə düşə bilərmi?” sualının cavabında Makqovern deyib ki, qanun bütün dünyada insan hüquqlarını pozanlara, korrupsioner məmurlara yönələcək, onlar məsuliyyətə cəlb olunacaqlar.

Freedom House təşkilatının vitse-prezidenti Daniel Kalinqaert Konqresin Xarici Məsələlər Komitəsinə müraciət edərək Maqnitski Aktının genişləndirilməsinə çağırıb. “Dünyada Sergey Maqnitski kimi ədalət və azadlıq haqqında danışmağa cəsarət etdiyinə görə təzyiqlərin qurbanı olan adamlar çoxdur” deyən Kalinqaert belə şəxslərin sırasında Rəsul Cəfərovun və Xədicə Ismayılovanın adlarını çəkib.

~ tərəfindən Patriot 08/05/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma