“BİZ BU İDDİALARI QƏTİYYƏTLƏ RƏDD EDİRİK”

ABŞ - sefirlik

ABŞ-ın Bakıdakı səfirliyi Putinə cavab verdi

“Rusiya prezidenti cənab Putinin dedikləri bizim və tərəfdaşlarımızın bu haqda düşündüklərindən kardinal şəkildə fərqlənir.

Bizim bir çox məsələlərdə, o cümlədən raketdən müdafiə sistemləri, Krımın ilhaqı cəhdləri, Rusiya qoşunlarının Ukraynanın şərqində yerləşdirilməsi və s. məsələlərdə fikir ayrılıqlarımız var”.

Bunu Rusiya prezidenti Vladimir Putinin ABŞ kəşfiyyatı haqda son açıqlamalarından biri ilə bağlı sorğusuna cavab olaraq ABŞ-ın Azərbaycandakı səfirliyindən bildiriblər.

V.Putin bu barədə “Rossiya-1” telekanalı ilə nümayiş olunan “Prezident” filmindəki çıxışında bildirmişdi. O, belə demişdi: “Bir dəfə Rusiya xüsusi xidmət orqanları Şimali Qafqazdakı yaraqlılarla ABŞ xüsusi xidmət orqanlarının Azərbaycandakı nümayəndələri arasında olan birbaşa təmasları qeydə almışdı. Orada onlara real olaraq hətta nəqliyyat vasitələri ilə də yardım edirmişlər”.

Putin demişdi ki, bu barədə ABŞ prezidentinə məlumat verib. ABŞ prezidenti isə cavabında bildirib ki, “mən onların cəzasını verərəm”

“Lakin mənim tabeliyimdə olan şəxslər – Federal Təhlükəsizlik Xidmətinin rəhbər işçiləri 10 gündən sonra Vaşinqtondakı həmkarlarından bu məzmunda məktub aldılar: “Biz Rusiyanın bütün müxalif qüvvələri ilə əlaqə saxlayırıq və saxlayacağıq. Hesab edirik ki, düzgün edirik və gələcəkdə də belə edəcəyik” – deyə Putin bildirmişdi.

~ tərəfindən Patriot 29/04/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma