TOFİQ YAQUBLU QIZININ YASINDA (FOTOLAR – VİDEO)

tofiq yaqublu-yas

İşçi qrup siyasi məhbusun əfv olunması üçün İlham Əliyevə müraciət etdi

tofiq yaqublu_matemMüsavat başqanının müavini, siyasi məhbus Tofiq Yaqublu müvəqqəti azadlığa buraxılıb. Qızının vəfatı ilə bağlı Tofiq Yaqublunun 7 günlüyə azadlığa buraxılması srağagündən gözlənilsə də, heç bir səbəb olmadan onun azad edilməsi yubadılıb və o dünən saat 16 radələrində buraxılıb. Tofiq Yaqublunu yaxınları, dostları və ailə üzvləri qarşılayıb, övlad itkisindən dolayı ovundurmağa çalışıblar.

Xatırladaq ki, ailə üzvlərindən biri dünyasını dəyişən, yaxud ağır xəstə olan məhbusun müvəqqəti olaraq azadlığa buraxılmasına dair müddəa müvafiq qanunvericilkdə nəzərdə tutulur.

Bu arada Insan Hüquqları üzrə Birgə Işçi Qrupu Tofiq Yaqublunun əfv olunması üçün ölkə başçısı Ilham Əliyevə müraciət edib.
Bu haqda modern.az-a açıqlamasında işçi qrupunun üzvü, hüquq müdafiəçisi Səadət Bənanyarlı deyib.  O, bildirib ki, Müsavat Partiyası başqanının həbsdəki müavini Tofiq Yaqublu üçün ayrıca müraciət edilib və Nərgiz Yaqublunun rəhmətə getməsi də müraciətə əlavə olunacaq: “Çox güman ki, Tofiq bəy yaxın zamanlarda azadlığa buraxılıb ailəsinə qovuşacaq”.

S. Bənənyarlı onu da qeyd edib ki, Işçi Qrupu mütəmadi olaraq fəaliyyətini davam etdirir: “Bütün ərizələrə baxılır və müzakirəyə çıxarılır. Çalışırıq ki, bizə daxil olan müraciətlərin hamısına baxıb, lazımi sənədləri əfv komissiyasına göndərək. Biz gözləyirik ki, may ayının sonunda əfv fərmanı veriləcək. Əfv sərəncamın verilməsi birbaşa prezidentin səlahiyyətindədir”. Səadət Bənanyarlı bu il əfvlə bağlı hazırladıqları siyahıda tanınmış məhkumlardan Tofiq Yaqublunun, Ilqar Məmmədovun, Nemət Pənahlının, Əli Insanovun, Akif Muradverdiyevin, “Nida”çı gənclərin və digər şəxslərin adlarının olduğunu vurğulayıb: “Monitorinq qrupu olaraq özümüzün də siyahımız var. Həmin siyahıda hüquqları pozulmuş qeyri-hökumət təşkilatlarının rəhbərlərinin, siyasi motivlərlə həbs olunmuş insanların və curnalistlərin adları var. Ümid edirik ki, siyahıda olanların bir çoxu azadlığa buraxılacaq”.  Tofiq Yaqublunun əfvi ilə bağlı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası və “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu da ölkə prezidentinə müraciət edib.

Xatırladaq ki, Tofiq Yaqublunun qızı Nərgiz Yaqublu aprelin 23-də ağır xəstəlikdən vəfat edib.

~ tərəfindən Patriot 25/04/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: