NƏRGİZ YAQUBLU VƏFAT ETDİ

nergiz yaqublu

“Yeni Müsavat” qəzetinin sabiq əməkdaşı, Tofiq Yaqublunun qızı Nərgiz Yaqublu Rusiyanın Tomsk şəhərində, müalicə olunduğu xəstəxanada vəfat edib

nergiz-yaqubluO, xeyli müddət idi ki, gənc yaşında yoluxduğu ağır xəstəlikdən müalicə olunurdu və durumu kritik vəziyyətdə idi. Nə yazıq ki, bu gənc, gözəl, bu gün-sabah ana olacaq xanım ağır xəstəliyə qalib gələ bilmədi və bütün sevənlərini, dostlarını, iş və əqidə yoldaşlarını qəhərə boğdu.

Acımız, ağrımız böyükdür: Gözəl Nərgizimiz soldu. İnanmaq çətindir, daima gülərüz, ətrafına nur saçan bu gənc, gözəl qız artıq aramızda yoxdur. Amansız ölüm onu əlimizdən aldı.

Çox gənc idi, ömür yolunun başlanğıcındaydı. Sevdiyinə yenicə qovuşmuşdu. Ana olacaqdı. Arzuları vardı. Hamısı yarımçıq qaldı.

Anası ağır qəzadan sonra özünə gələ bilməmişdi. Atası məhbəs bucaqlarındadır. Tofiq Yaqublu qızının toyunu görə bilmədi, xeyir-duasını verə bilmədi, son günündə də yanında ola bilmədi.

Dözümlüydü, sınmaq, usanmaq, təslim olmaq nədir – bilməzdi. Bu mələk üzlü qızda qladiator ruhu vardı, döyüşçüydü. Həyatına insanlara, vətəninə fəda etməyə hazır idi.

Onun vətənpərvərliyi təsadüfi deyildi, atasından gəlirdi. O atasından ki, təzə-təzə dil açan Nərgizi iki yaşında anasıyla tək buraxıb könüllü olaraq Qarabağa, döyüşə, od-alovun içinə getmişdi.

Nərgiz o igid, döyüşçü atasını son dəfə dəmir barmaqlıq arasında gördü. Onlar bir daha ata-bala olaraq bir-birinə sarıla bilmədilər.

Allah rəhmət eləsin nur içində uyusun!

 

~ tərəfindən Patriot 23/04/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma