YANAN BİNANIN QARŞISINDA AKSİYA (VİDEO)

yangin

Sakinlər kompensasiya tələb edir

Bakıda yanan binanın sakinləri günorta saatlarından etibarən yenidən binanın həyətinə toplaşaraq dəymiş ziyanın ödənilməsini tələb edirlər.   Ərazidə olan Xətai Rayon İcra Hakimiyyəti başçısının I müavini Rafiq Quliyev sakinlərlə görüşərək onların kirayə evlərdə yerləşməsi üçün lazım olan vəsaitin ödəniləcəyini və yanan mənzillərin ən qısa zamanda təmir olunaraq təhvil veriləcəyini bildirib.

İcra nümayəndəsi qeyd edib ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından ibarət komissiya binaya baxış keçirir, dəymiş ziyanı qiymətləndirir. Daha sonra sakinlərə veriləcək kompensasiyanın həcmi müəyyənləşdiriləcək.   Qeyd edək ki, ötən gecə təxliyyə olunan sakinlərin yerləşdirilməsi üçün icra hakimiyyəti tərəfindən heç bir yer ayrılmayıb. Yaxınlıqda qohumu olmayan sakinlər küçədə gecələməli olublar.

Sakinlərdən bəziləri yanmış evlərdə qaldıqlarını bildiriblər. İcra nümayəndəsi bu fikirlərin əsassız olduğunu deyərək sakinlərin bir-bir qeydiyyata alındığını və hər birinə 400-500 manat məbləğində kirayə haqqının ödəniləcəyini vurğulayıb. Sakinlərə müvəqqəti qalmaq üçün kirayə ev tapmalarını tapşırıb.

Hazırda ərazidə aidiyyəti qurumlar nəzarəti davam etdirir. Sakinlər isə yanğından sağ çıxmış əşyalarını daşımağa çalışırlar. Binanın elektrik enerjisi kəsildiyindən, lift işləmədiyindən yuxarı mərtəbələrdə yaşayanlar əşyaları çıxarmağa çətinliklə nail olurlar.

Bəzi sakinlər isə evlərindən oğurluq olduğunu deyirlər. Kamera önündə göz yaşları içində danışan Solmaz Eyvazova gəlininin qızıl əşyalarının və böyük məbləğdə pul vəsaitinin oğurlandığını deyir.   Digər tərəfdən, sürücülərin yanan binaya olan marağı, sürəti azaldaraq tamaşa etmələri yolda nəqliyyatın hərəkətini çətinləşdirib. Bu səbəbdən polis gün ərzində yolda hərəkəti tənzimləyib.

Zərərçəkənlərin bir qismi televiziyaların xəbər siyasətini də tənqid edərək hadisənin obyektiv qiymətləndirilmədiyini deyirlər: “Dünən xəbər verirlər ki, iki mənzil yanıb. Bu qədər də yalan olar?! 60 mənzil külə dönüb, insanlar küçələrdə qalıb. Televiziyalar isə dünəndən yanğın görüntüsü verir. Bəs bu insanların problemini kim verməlidir?”

Qonşu binaların sakinləri də əraziyə gələrək yaşadıqları binanın tez alışan “penoplas” örtüklə üzləndiyini və bu təhlükənin onları da gözlədiyindən narahat olduqlarını bildiriblər.

~ tərəfindən Patriot 12/04/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma