LONDON AZƏRBAYCANDAKI REPRESSİYALARDAN NARAHAT OLMAĞA BAŞLAYIB

big ben london

«Index on Censorship»: «Avropa Oyunları öncəsi Azərbaycanda insan haqlarının vəziyyəti ciddi narahatlıq doğurur»

Aprelin 28-də Londonda “Front Line Club”da Azərbaycanda insan haqlarının vəziyyəti, xüsusən son bir ildə daha da şiddətlənən repressiyalarla bağlı müzakirələr keçiriləcək. Tədbirin keçirilməsinin məqsədi iyunda Bakıda baş tutacaq Avropa Oyunları öncəsi beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanda baş verənlərə çəkməkdir. “Index on Censorship” təşkilatının bu haqda yayımladığı “Azərbaycanda insan haqlarına idman şansı verin” başlıqlı məqalədə ölkəmizdə repressiyalardan tutmuş, beynəlxalq aləmin burada baş verənlərə yetərincə təpki göstərməməsinə qədər bir sıra məqamlara toxunulub. Məqalənin tərcüməsini təqdim edirik:

Hüquq müdafiəçiləri repressiv rejimlərin keçirdikləri idman tədbirlərini boykot etməyə çağırarmı? Repressiv rejimlərin idman turnirləri keçirməsinə görə idman təşkilatları məsuliyyət daşımırmı? Jurnalistlər Bakıda keçiriləcək Avropa Oyunları fonunda bu ölkədə insan haqları, sosial və siyasi məsələləri nə dərəcədə effektiv işıqlandıra bilər? 2015-ci ilin iyununda tarixdə ilk dəfə olaraq Avropa Olimpiya Komitəsinin bayrağı altında Bakıda Birinci Avropa Oyunları keçiriləcək. Azərbaycan Avropa Oyunlarında iştirak edəcək 50 ölkədən olan komandaların hamısının bütün xərclərini öz üzərinə götürdüyünü açıqlayandan sonra bu yeni idman turniri ətrafında mübahisələr başladı.

Azərbaycandakı daxili siyasi vəziyyət narahatlığa əsas verən əsas səbəblərdən biridir. Avropa Oyunları öncəsi Azərbaycanda insan haqlarının vəziyyəti ciddi narahatlıq doğurur. Son bir ildə hökumətin əsas tənqidçilərinə qarşı repressiyalar, o cümlədən hüquq müdafiəçilərinin, seçki müşahidəçilərinin, hüquqşünasların, jurnalistlərin həbsilə demək olar ki, vətəndaş cəmiyyəti tam susdurulub. Baş verənlər ifadə azadlığına açıq-aşkar hücumdur. Ölkədə bir neçə böyük və tanınmış Qeyri-Hökumət Təşkilatları fəaliyyətini dayandırıb. Qanunvericiliyə edilən mürtəce dəyişikliklər demək olar ki, tənqidçi kəsimin xaricdən maliyyə almasını mümkünsüz edir. Yayım mediası tamamilə hökumətin nəzarətindədir. Ötən ilin dekabrında “Azadlıq” radiosunun Bakı ofisi də qapadılıb. Bununla belə, Azərbaycan hökuməti beynəlxalq aləmə özünü fərqli imicdə təqdim etmək üçün bahalı piar-kampaniyasını uğurla davam etdirir. Ölkədə baş verənlərə münasibətdə beynəlxalq tənqidlər əhəmiyyətli dərəcədə susdurulub: Avropa Birliyi və ABŞ Azərbaycanla daha sıx və strateji münasibətlər üçün yollar axtarır.

Bu interaktiv sessiyada bizim müzakirələrimiz insan haqları ilə idman arasındakı əlaqə barədə olacaq. Nəzərə almaq lazımdır ki, Azərbaycan hökuməti bu cür böyük tədbirlərdən yerli hüquq müdafiəçiləri və beynəlxalq təşkilatların ölkədə insan haqlarının vəziyyətilə bağlı tənqidləri qarşısında özünü təmizə çıxarmaq üçün istifadə etməyə çalışır.

Beynəlxalq söz azadlığını müdafiə təşkilatı olan “Article 19″un təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycandan olan hüquq müdafiəçiləri, politoloqlar, həmçinin insan haqları sahəsində beynəlxalq ekspertlər də iştirak edəcək. Müzakirələrdə iştirak edəcək şəxslər arasında keçmiş siyasi məhbus, hazırda isə ”Meydan TV”nin direktoru olan Emin Milli, “Insan Haqları naminə Idman” kampaniyanın baş katibi Gülnarə Axundova, “Human Rights Watch” beynəlxalq hüquq müdafiə təşkilatının Azərbaycan üzrə araşdırmaçısı, bir neçə gün əvvəl bu ölkəyə girişinə qadağa qoyulan Georgi Qoqia da olacaq.

~ tərəfindən Patriot 12/04/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma