RUSİYA İQDİSADİYYATININ BÖHRANI HƏLƏ QARŞIDADIR

kreml_rusiya_rubl

Rusiya iqtisadiyyatında çöküş davam edəcək

Dünya Bankının Rusiya iqtisadiyyatındakı geriləmə prosesinin əvvəl hesablanandan daha sürətlə getdiyini elan etdiyi gün, hökumət prezident Vladimir Putinə yaxın zamanlarda böhran keçirən iqtisadiyyatın canlanacağı barəsində məlumat verirdi.

“The Wall Street Journal”-ın məlumatına görə, özünün baza ssenarisinə uyğun olaraq, Dünya Bankı, neftin bir barelinin qiymətini 53 dollar heablamaqla, 2015-ci ildə Rusiya iqtisadiyyatının 3,8% daralacağını proqnozlaşdırır. Bu göstərici həmin bankın dekabr ayındakı proqnozuna nisbətən, neqativ istiqamətdə götürülmə şərti ilə 0,7% çoxdur.

Açıqlanan yeni proqnoz Dünya Bankının “Yeni iqtisadi eranın qürubu” adlı məruzəsində yer alıb. Həmin proqnozu təqdim edən Dünya Bankının aparıcı eksperti Briqit Hansl bildirib: “Bu ilin proqnozu əsas etibarilə keçən – 2014-cü ilin axırıncı rübündə neft qiymətlərinin kəskin aşağıya yuvarlanmasından irəli gələn şokun, həqiqətən də iqtisadiyyata olan neqativ təsirləri nəzərə alınmaqla müəyyənləşdirilir”.

Rusiya hökuməti ölkənin Ümumi Daxili Məhsulunun 2009-cu ildən bu tərəfə ilk dəfə daralmasını qəbul etməklə yanaşı, daha nikbin mövqe göstərməyə üstünlük verir. İqtisadi İnkişaf naziri Aleksey Ulyukayev deyib ki, 2105-ci ildə ÜDM-in 3% azalmasından sonra Rusiya iqtisadiyyatı gələn ildən böyüməyə başlayacaq və növbəti illərdə isə onun böyümə tempi orta hesabla 2,5% təşkil edəcək.

Yaxın gələcəkdə neftin qiymətinin artacağına yüksək inam bəsləndiyi üçün, A.Ulyukayev əlavə olaraq bildirib ki, 2017-cildən başlayaraq, Rusiya iqtisadiyyatının böyümə tempi dünyadakı ortalama inkişaf tempini üstələyəcək. Rusiya hökumətinin proqnozu ilə yenicə tanış olan Vladimir Putin hələ bundan xeyli öncə ölkədəki illik iqtisadi böyümənin 5%-dən aşağı olmayacağını söyləmişdi.
Lakin Dünya Bankın proqnozuna görə, Rusiya iqtisadiyyatı 2016-cı ildə də güclü təzyiqlərlə üzləşəcək və daralma 0,3% olacaq.

Dünya Bankının məruzəsində deyilir: ”Ölkənin iqtisadi inkişafı üçün müəyyənləşdirici rol oynayan beynəlxalq iqtisadi fəaliyyətdən, əsasən də ticarət sövdələşmələrindən və bank əməliyyatlarından təcrid olunmaq, sanksiylara məruz qalan strukturlara əhəmiyyətli dərəcədə zərbə vurur”.

Avropa, ABŞ, Avstraliya və Kanadanın iqtisadi sanksiyalar tətbiq etdiyi Rusiya ən nəhayətdə beynəlxalq kapital bazarına girişdən məhrum olub. Bundan əlavə Rusiyanın müdafiə sənayesi və neft-qaz sektoru üçün bir sıra mühüm texnologiyaların və avadanlıqların alınmasına qadağa qoyulub.

Dünya Bankının analitiklərinin sözlərinə görə, sanksiyalar Rusiya iqtisadiyyatına üç istiqamətdə neqativ təsir göstərəcək.

Tətbiq edilən məhdudiyyətlər ucbatından Rusiya xaricdən kredit götürə bilməyəcək və bu da dəyərdən düşmüş rublun tez-tez aşağıya və yuxarıya doğru hərəkətliliyini sürətləndirəcək ki, nəticədə investorların inamsızlıq səviyyəsi artacaq. Dünya Bankı, Rusiya Mərkəzi Bankının və hökumətin 2014-cü ilin siyasi və iqtisadi çalxalanmalara qarşı nümayiş etdirdiyi reaksiyasını vaxtında atılmış adekvat addım kimi dəyərləndirərək, bildirir ki, bu tədbirlər hələlik ölkənin böyük tənəzzüldən qaçmasına müsbət yardım göstərir.

Bundan başqa, Dünya Bankı iki alternativ ssenari təqdim edib. Alternativ proqnoza görə, neftin bir barelinin qiyməti orta hesabla 45 dollar götürülərsə, onda 2015-ci ildə Rusiya iqtisadiyyatının geriləməsi 4,6%, yox əgər neftin orta qiyməti 65 dollar səviyyəsində olarsa, onda Rusiya ÜDM-nin düşüşü 2,9% təşkil edəcək.

Göründüyü kimi, Dünya Bankının nikbin ssenarisi demək olar ki, Rusiya hökumətinin, Ümumi Daxili Məhsulun 3%-ə yaxın daralması proqnozu ilə üst-üstə düşür. Ancaq Dünya Bankının fikrinə görə, ÜDM-un azalması nef-qaz ixracından asılı olan Rusiya iqtisadiyyatının qarşılaşacağı yeganə çətinlik deyil. Bu barədə Dünya Bankının mütəxəssisləri bildiriblər: “2015-ci il üçün proqnozlaşdırılan 16,5%-lik inflyasıya səviyyəsinə uyğun şəkildə, kreditlərin verilməsi faizləri də yüksək olacaq və bunun nəticəsində də istehlak kreditlərinin alınmasının ümumi miqdarı aşağı düşəcək. Məlumdur ki, son illər istehlak tələbi Rusiyanın iqtisadi cəhətdən böyüməsində başlıca rol oyayıb, lakin rublun devalvasiyaya uğramasından və əhalinin gəlirlərinin aşağı düşməsindən sonra onun kəskin azalması müşahidə edilir. İqtisadiyyata neqativ təsir göstərən aşağı istehlak tələbi ilə yanaşı investisiya aktivliyi də zəifləyir.”

Dünya Bankı bu barədə bildirib: ”Kapital qoyuluşunun sistemli şəkildə azalması, perspektivdə daha aktiv iqtisadi böyümənin pisləşməsinə və yaxın bir neçə il ərzində isə inkişaf potensialının ciddi surətdə ləngiməsinə yol açacaq”.

 

~ tərəfindən Patriot 05/04/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma