NEFTİN QİYMƏTİNDƏ DAHA BİR ENİŞ

neft-barel-dollar

Dünya birjalarında neftin qiymətlərinin ucuzlaşması davam edir

İranla “altılıq” ölkələri arasında əldə olunan razılıq fonunda neftin qiymətində ötən gündən bəri dəyişiklik müşahidə olunmaqdadır. Verilən məlumata görə, Nyu-York və London birjasında neft fyuçerslərinin qiymətində ucuzlaşma qeydə alınıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0.37 dollar azalaraq 48.77 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 0.48 dolar enərək 54.47 dollar olub.

Qeyd edək ki, ötən gün WTI neftinin qiyməti 1 barelə görə 49.14 dollar, Brent markalı neftin 1 barelinin qiyməti isə 54.95 dollar idi.

 

~ tərəfindən Patriot 04/04/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma