ƏLİYEVİN JİRİNOVSKİYƏ QOYDUĞU “MAYA” BATDI

jirinovski - aliyev

Bakıda yüksək səviyyədə qarşılanan partiya sədri Qarabağı Rusiyanın quberniyası etmək istəyir

Azərbaycan hakimiyyətinin bugünə qədər yürütdüyü siyasət dövlətin və millətin maraqlarına zidd olub. Məhz bunun nəticəsidir ki, xarici və daxili siyasət krizis vəziyyətindədir. Ölkə problemlər içindədir, dünyanın nəhəng dövlətləri ilə münasibətlər gərgindir, nüfuzlu dünya mətbuatı Azərbaycan haqqında tənqidi məqalələr yazır, beynəlxalq hesabatlarda Azərbaycan sonuncu yerlərdə qərarlaşır və s.

Amma hakimiyyətin addımları bununla da məhdudlaşmır. Eyni zamanda aparılan siyasət Azərbaycan xalqının təhqir olunmasına haqq qazandırıb. Belə ki, Qarabağ münaqişəsi Azərbaycanın ən ağır problemi hesab olunur. Qarabağın işğalı nəticəsində minlərlə soydaşımız şəhid olub, itkin düşüb, əlil həyatı yaşayır, yurd-yuvasından didərgin düşüb. Amma Azərbaycan hakimiyyəti bu işğalın müəllifi olan Rusiyanı “böyük qardaş” statusunda görür. Bütün demokratik dünyanı Rusiyanın maraqlarına qurban veriblər. O Rusiyanın ki, Qarabağdan əlavə Xocalı faciəsinin, 20 Yanvar faciəsinin müəllifi rolunda çıxış edib.

novruz-mammadovSon dövrlər baş verənlər isə xüsusilə biabırçılıqdır. Belə ki, Azərbaycan xalqını qoyun adlandıran, türklərə nifrətini açıq şəkildə ifadə edən, Azərbaycan adlı ölkənin mövcud olmadığını əsaslandırmağa çalışan Jirinovski əziz qonaq kimi qarşılandı və Əliyev komandasının sevimli qəhrəmanına çevrildi. Görünür, bu qədər təhqirlərdən sonra Azərbaycanda sevimli şəxs kimi qarşılanması Jirinovskini ürəkləndirib. Belə ki, haqqin.az saytına açıqlamasında Vladimir Jirinovski Qarabağın Rusiyanın nəzarəti alıtna keçməsi təşəbbüsünü irəli sürüb: “Əgər Qarabağ Azərbaycana qaytarılsa, ermənilər narazı qalacaq. Əgər indiki status-kvo qəbul edilsə, siz narazı qalacaqsınız. Mən üçüncü variantı təklif edirəm – Qarabağın Moskvanın nəzarəti altına keçməsini elan etmək olar. Bölgədəki ermənilərin və azərbaycanlıların təhlükəsizliyini, insanların sərbəst hərəkətini qoy Rusiya təmin etsin, iqtisadiyyatı bərpa etsin. Bunu aralıq variant kimi sınaqdan çıxarmaq olar. Qarabağda Azərbaycan bayrağının dalğalanmasını istəmirlər. Ümumi bir bayraq fikirləşib tapmaq olar. Məsələn, MDB-nin bayrağını. O bayraqda qoy Rusiya, Azərbaycan və Ermənistan bayraqlarının elementləri olsun”- deyə Jirinovski bildirib.

Bəli, azərbaycanlıları təhqir etdikdən sonra Qarabağın Rusiyanın nəzarətinə keçməsini də dilə gətirdi. Jirinovski gözəl bilir ki, onun bu təklifinə Azərbaycan hakimiyyətinin mənfi münasibəti olmayacaq. Çünki, bugünə qədər Azərbaycan hakimiyyəti Rusiyadan Qarabağla bağlı mövqe tələb etməyib. Deməli, mövcud status-kvo hakimiyyəti qane edir. Dünyada “ermənipərəst” axtarışına çıxan YAP hakimiyyəti Jirinovskinin təklifi qarşısında lala çevrilib. Jirinovski açıq şəkildə bildirir ki, Qarabağı Azərbaycana qaytarsaq, ermənilərin xətrinə dəymiş olarıq. Həm etiraf edilir ki, Qarabağı Rusiya işğal edib, həm də onun mesajı verilir ki, Rusiya ermənilərin xətrinə dəyəcək addım atmaq istəmir. Nəticə isə budur ki, Azərbaycan hakimiyyəti ən qatı ermənipərəst qüvvənin tabeliyindədir. Əgər bu açıqlamanı Jirinovski deyil, Avropa Birliyinin hansısa komissarı səsləndirsəydi, hakimiyyət sözçüləri şüvən salardılar.  Indiki məqamda isə bütün saxta vətənpərvərlər susmaq qərarı veriblər. Jirinovskinin səsləndirdiyi fikirlər Azərbaycanın ərazi bütövlüyünü təhdid edir və Azərbaycana qarşı açıq hörmətsizlikdir.

Bir sözlə, Əliyevin Jirinovskiyə qoyduğu “maya” batdı.  Rusiyalı deputat bir daha təsdiqlədi ki, Azərbaycanı parçalamaq düşüncəsinə sadiqdir.

 

 

~ tərəfindən Patriot 29/03/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma