ABŞ – dan UKRAYNAYA İLK HƏRBİ TEXNİKA YARDIMI (VİDEO)

ukrayna-Humvee

ABŞ gözlənilən addımı atdı

ABŞ-nin Ukraynaya bağışladığı 230 ədəd “Humvee” zirehli avtomobillərinin ilk partiyası Kiyevə çatdırılıb. Bu haqda Ukrayna prezidenti Pyotr Poroşenkonun rəsmi saytı xəbər verib. İlk partiyanı gətirən ABŞ hərbi nəqliyyat təyyarəsi Kiyevin “Borispol” hava limanına enib. Bu münasibətlə keçirilən rəsmi mərasimdə prezident Pyotr Poroşenko da iştirak edib. Ukrayna lideri 10 zirehli avtomobilin gətirildiyini və qalan 220 “Humvee” in 45 gün ərzində Ukraynaya çatdırılacağını bildirib. Bu yardımlara görə Poroşenko ABŞ-a təşəkkür edib. Dövlət başçısı bildirib ki, müvafiq silahlar quraşdırıldıqdan sonra avtomobillər döyüş zonasında olan desant qoşunlarının sərəncamına veriləcək.  ABŞ Ukraynaya hərbi yardımlarını davam etdirəcəyini vəd edib.

~ tərəfindən Patriot 26/03/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma