ƏRDOĞANDAN İRANA SƏRT TƏPKİ (VİDEO)

erdogan

“Özünə müsəlman deyən insan, qatili müdafiə etməz”

Türkiyə prezidenti Ərdoğan, regionda baş verən qarşıdurmalara görə iranı ittiham edib. Ərdoğan baş verənlərin arxasında İranın durduğunu bildirməklə yanaşı, bu əməllərlə İslama xismətin, müsəlmançılığın ziddiyyət təşkil etdiyini də bildirib: “İŞİD terror təşkilatı bir yerdən çıxır, baxırsan, onun yerinə Şiə yerləşir. Bir tərəfdən İslam deyəcəksən, bir tərəfdən müsəlmanam deyəcəksən, amma o biri tərəfdən bu əməllərlə məşqul olacaqsan. Suriyada da eyni vəziyyətdir. Suriyada 300 min insanın qatili olan bir hakimiyyət və bu qatillərə dəstək verən bir anlayış var. Bu, müdafiə oluna bilərmi? Mən müsəlmanam deyən bir insanın bu qatili müdafiə etməsini ehtimal etmirəm. İranın Yəməndə, Suriyada və İraqda nə qədər gücü varsa, çıxarması lazımdır. İran bu ölkələrin ərazi bütövlüyünə hörmət etməlidir”.

“İranın açıqlaması təbiidir”

Ərdoğan, İranın Yəməndə baş verənlərə münasibətinə də toxunub: “İranın açıqlaması təbiidir. İranın bu yanaşması İraqda və Suriyada prosesi hara apardığını göstərdi. İran bölgəni nəzarət altına almaq cəhdləri edir. Buna icazə verilə bilərmi? Bu, bizi və körfəz ölkələrini narahat etməyə başlamışdır. Buna dözmək mümkün deyil. İraqda baş verənlər göz önündə. Bir tərəfdə IŞİD-lə məşğul olunur, digər tərəfdə İranın göndərdiyi İnqilab Gözətçiləri ilə”.

~ tərəfindən Patriot 26/03/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma