YANUKOVİÇ BAYKAL GÖLÜNDƏ BATDI (VİDEO)

yanukovich-ve-oglu

Yanukoviçin oğlunun ölüm xəbəri yayıldı

yanukovicUkraynanın keçmiş prezidenti Viktor Yanukoviçin oğlu Viktorun Rusiyada faciəvi surətdə həlak olması haqqında məlumat yayılıb. Rusiyanın “Dojd” telekanalı Ukraynanın “Levıy Bereq” saytına istinadən xəbər verir ki, içində Viktorun da olduğu Volkswagen markalı mikroavtobus Baykal gölü ərazisində səthi buzla örtülmüş suya düşüb. Ukrayna saytı məlumatı Yanukoviçə yaxın mənbələrdən əldə etdiyini bildirib.

Rusiyanın RBK telekanalı da öz mənbələrinə istinadla belə bir məlumat yayıb.
İrkutsk Vilayəti Fövqəladə Hallar Komitəsinin saytında da martın 20-də içində 6 nəfərin olduğu avtomobilin Baykalda batdığı və bir nəfərin öldüyü haqda məlumat dərc olunub. Lakin heç bir ad göstərilməyən həmin xəbər bir müddət sonra saytdan silinib. Onun surəti isə google-nin arxivində qalıb.

Ukrayna KİV müxtəlif mənbələrə istinadla xəbər verib ki, kiçik Viktor Yanukoviç Baykalda idman yarışında iştirak edrimiş.

“Baykal Post” nəşri isə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsinə istinadla yazıb ki, ölənin meyiti sudan çıxarılıb, amma şəxsiyyəti dəqiqləşdirilməyib.

“Vesti İrkutsk” agentliyi xəbər verib ki, avtomobildə 5 Ukryana və bir Rusiya vətəndaşı olub.

Günün sonlarına yaxın yayılan başqa bir xəbərdə isə həlak olanın 33 yaşlı Viktor Davıdov olduğu deyilib. “RİA Novosti” məlumat yayıb ki, ölən Moskva sakini Viktor Davıdovdur, atasının adı isə Alekseydir. Bununla belə, müəyyən mənbələr diqqəti ona çəkirlər ki, kiçik Viktor Yanukoviç də 33 yaçşındadır, Davıdov isə onun ana nənəsinin soyadıdır və onun Rusiyada məhz bu soyadla, başqa şəxsiyyət vəsiqəsi ilə yaşadığı istisna deyil.

Kiçik Viktor Yanukoviçin həlak olduğunu Ukrayna Ali Radasının deputatı Nestor Şufriç də təsdiqləyib. Keçmiş prezident Viktor Yanukoviçin Rgionlar Partiyasından deputat seçilən Şufriç Facebook səhifəsində «Viktor Yanukoviç faciəli şəkildə vəfat edib. O həyatnı avtomobil sükanı arxasında itirib», – deyə qeyd paylaşıb.

Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşenko da kiçik Viktorun öldüyü xəbərini özünün Facebook səhifəsində təsdiqləyib. Qeraşenko yazıb ki, kiçik Viktor Yanukoviç həqiqətən də martın 22-də buz altına düşərək faciəli şəkildə həlak olub. Nazir müşavirinin yaydığı məlumata görə, Viktor idarə etdiyi Volkswagen Multivan mikroavtobusu ilə buz bağlamış gölün üzərindən keçmək istəyib. Qar yağması səbəbindən o, köhnə və yeni buz parçaları arasında sərhədi görə bilməyib. Ağırlıqdan buz parçaları aralanıb və avtomobil sürcü tərəfdən buzun altına batmağa başlayıb.

Qeraşenkonun yazdığına görə, Viktorla birlikdə olan 5 dostu avtomobili vaxtında tərk etməklə təhlükədən xilas ola biliblər. Onun sözlərinə görə, şahidlər bildirir ki, Viktorun təhlükəsizlik kəməri bağlı olub və o, batarkən kəməri aça bilməyib. Daha sonra avtomobilin qapısını buz parçasının altında qaldığı üçün açmaq olmayıb. Qeraşenko özəl mənbələrinə istinadla onu da bildirib ki, kiçik Viktorun meyti bir neçə saatdan sonra suyun üzünə qalxıb. Belə güman olunur ki, Viktor buzun altında avtomobildən çıxmağı bacarıb, lakin nəfəsi çatmadığı üçün suyun üzünə qalxa bilməyib və boğularaq ölüb.

~ tərəfindən Patriot 23/03/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma