PUTİNİN OFŞOR HESABI HƏDƏFƏ ALINDI

v.putin

Dünya Putinin ofşor hesabı ilə hesab çəkir

Ukraynaya təcavüzün nəticəsi olaraq tətbiq olunan sanksiyalar Putini dilə gətirib

Yaşanan iqtisadi böhrandan çıxış yolu axtaran Putin, onun idarəçiliyi dövründə ölkədən ogurlanaraq xaricdə ofşor hesablara yığılan pullar haqda əfv elan etmişdi. Lakin məlum olub ki, həmin pullara müxtəlif dövlətlər, beynəlxalq təşkilatlar tərəfindən əl qoyulub. Yəni, uzun illər qanusuz, cinayət yolu ilə ölkədən çıxarılan pullar, artıq onu oğurlayanlara məxsus deyil. Heç şübhəsiz ki, oğurlanaraq xaricə çıxarılan, indisə dondurulan pul kütləsinin böyük hissəsi maliyyə əfvi verən Putinin özünə məxsusdur. Artıq bu məlumatı prezident Putin də təsdiqləyib. Belə ki, Rusiya prezidenti Vladimir Putin,ölkədən çıxarılıb ofşor hesablara yatırılan pulların qaytarılmasına bəzi ölkələrin icazə vermədiyini bilə gətirib. Rusiya Sənayeçi və İş Adamları Birliyi (RSPP) tərəfindən təşkil edilən konfransda danışan Putin, xarici təhdid və sanksiyalara qarşı veriləcək ən yaxşı qarşılığın iş adamları üçün azadlıq sahəsinin genişləndirilməsi olduğunu bildirib. Amma Putin xaricdə abatan milyardların qaytarılması yollarından bir kəlmə də danışmayıb. Xatırladaq ki, ofşor hesablar Azərbaycan vətəndaşlarına və ölkəni idarə edən korrupsioner sistemə də yaxşı tanışdır.

~ tərəfindən Patriot 22/03/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma