SAKİNLƏR MƏSCİD SÖKÜLMƏSİNƏ ETİRAZ ETDİ (VİDEO)

beyleqan - aksiya

Beyləqanda məscidi sökmək istədilər, xalq ayağa qalxdı

Bu barədə AXCP Beyləqan rayon təşkitanın üzvü Məhəmməd Beyləqani xəbər verib.

Məlumata görə, dünən səhər saatlarından Beyləqan rayonunda hazırda təmir edilməkdə olan qədim tarixi keçmişə malik məscidin “yuxarı”dan verilən göstərişlə sökülməsi cəhdi əhalini, xüsusən də dindarları ayağa qaldırıb.

Aksiya keçirən əhali məscidin sökülməməsini tələb edib. Məscidin sökülməsinə səbəb isə ibadət evinin yaxınlığında yerləşən fərdi yaşayış evinin həyətinə çıxış yolunun olmamasıdır.

M.Beyləqani bildirib ki, Beyləqan Rayon Torpaq Şöbəsinin müdiri Rafael Pəsiyev rayonun Qəhrəman adlı sakininə torpaq satıb. Məscidin arxasında yerləşən həmin torpağın həyətinə isə çıxış yolu çəkilməyib. Belə ki, öz həyətinə yol çəkmək istəyən Qəhrəman kişi torpaq şöbəsinin müdirindən həyətə çıxış yolu üçün əlavə torpaq verməsini tələb edib. Rafael Pəsiyev də bunun üçün məscidin sökülməsinə göstəriş verib. Çünki onun həyətinə yol yalnız məscidin həyətindən keçir.

Qeyd edək ki, həmin məscidin sökülməsi məsələsi bir ildən çoxdur gündəmin mövzusu olub. Lakin son günlər məscidin sökülməsi üçün Beyləqan Rayon Torpaq Şöbəsinin müdiri tərəfindən göstəriş verilməsi əhalini ayağa qaldırıb. Məscidin heç bir məhkəmə qərarı olmadan sökülməsi isə dindarları daha da qəzəbləndirib.

Xatırladaq ki, Beyləqan rayonunda sökülməsi planlaşdırılan məscid tarixi abidə kimi də dəyərləndirilir. Orada hər gün ibadət edilir, dindarlar namaz qılır. Hətta cümə günləri cümə namazı qılmaq üçün rayonun məscidə yaxın ərazilərdə yaşayan yüzlərlə sakini də məscidə gəlir.

~ tərəfindən Patriot 18/03/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma