İSA SADIQOV: “BİZİ DİNLƏMƏYİ ONLARI MƏCBUR ETMƏK ZAMANIDIR”

isa_sadiqov

Mühacir polkovnikdən 15 mart mitinqinə çağırış

Azərbaycanın mühacirətdə yaşayan məşhur hərbçi-polkovniki, müdafiə nazirinin keçmiş müavini İsa Sadıqov Milli Şuranın 15 mart mitinqində iştiraka çağırış edib. “Azadlıq” qəzetinə göndərilən çağırışda deyilir:

“Əziz həmvətənlərim, dostlarım, tanışlarım, mənə çox doğma olan müharibə əlilləri və veteranları, sayğılı şəhid ailələri! 20 ildən artıqdır ki, bir rejimin bütün milləti öz doğma yurdunda necə alçaltmasının, əzməsinin, soymasının və talan etməsinin şahidləriyik. Bu rejim bütün bunları o dövlətin adından edir ki, həmin dövlətin qurulması, bərkiməsi üçün biz əlimizdə silah döyüşləri keçmişik, qanımızı axıtmışıq, ən əziz dostlarımızı və yaxınlarımızı itirmişik. Məgər bizim qardaşlarımız öz həyatlarını belə bir gələcək uğrundamı qurban vermişdilər?

İndi nə qədər şəhid ailəsi öz haqqını sədəqə kimi ummaqdadır. Nə qədər müharibə veteranı və əlilləri bu haqsızlıqların və talançılığın qarşısında ailəsini saxlaya bilmədiyinə görə dözməyib intihar edib. Bizim milyonlarla dostlarımız və əzizlərimiz bir parça çörək dalınca yad ellərə üz tutmağa məcbur edilib. Və bütün bunlar Vətənimizin sərvətlərinin, millətimizin haqqının bir anlaqsız rejim tərəfindən quldurcasına talan edildiyi, oğurlandığı şəraitdə baş verir. Bunlar həmin adamlardır ki, Vətən uğrunda döyüşlər gedəndə fərarilik ediblər, öz keflərində-damaqlarında olublar. Həmin zamanlarda biz silah götürüb ölkəmizin, övladlarımızın, millətimizin gələcəyi uğrunda savaşırdıq, qanımızı axıdırdıq.

Ölkə təbii srvətlərdən ağlagəlməz dərəcədə böyük gəlirlər əldə etdi. Hardadır o gəlirlər? Niyə müharibə veteranları və əlilləri sadəcə təminatlı bir həyata tamarzı qalaraq özlərini öldürürlər? Ona görə ki, bu sərvətlər bu millətdən oğurlanır, fərarilərin, onların əcdadlarının və övladlarının yolunda ən yaramaz məqsədlər üçün israfçılıqla xərclənir. Ölkədən oğurlanan milyardlarla vəsait xarici banklarda yerləşdirilib, xarici ölkələrdə obyektlər qurulub, iş yerləri açılıb. Nə üçün biz, bu Vətən uğrunda canımızı da qurban verməyə hazır olan və bunu əməli ilə sübut edən insanlar bütün bunları kənardan müşahidə etməliyik. Biz axı, xalqın əsgərləriyik və xalqımızın təhqir ediılməsinə göz yummaq haqqımız yoxdur! Nəyə görə biz yanlış təsəvvürlərlə bu proseslərdən kənarda qalmalıyıq. O yanlış təsəvvürlərin ki, guya siyasət siyasətçilərin işidir. Elə bir zaman yetişir ki, bütün millət siyasət adı ilə möhtəkirlik edən həmin o dəllallardan və oğrulardan hesabat istəməlidir. Biz də həmin hesabatı tələb edən millətin önündə getməliyik! Millətin dilənçi kökündə yaşadığı bir zamanda həmin millətin sərvətləri hesabına əldə edilən milyardlarla dolları hansısa avara oyunlar üçün səpələmək siyasətdirmi? Əgər bu oyunlar ciddi bir şey olsaydı, o zaman onları keçirmək üçün Azərbaycandan onlarla dəfə varlı olan ölkələr niyə bundan imtina etdilər? Ona görə ki, həmin xalqların başında siyasətçilər dayanır, oğrular və quldurlar dayanmır və həmin siyasətçilər də öz xalqlarına hesabat verməyi müqəddəs bir vəzifə sayırlar. Biz də bir millət olaraq millətə rəhbərlik etdiyini iddia edənlərdən, həqiqətdə isə millətin var-dövlətini mənimsəyən, oğurlayan bu zümrədən hesabat tələb etməliyik. Biz öz millətimizin gələcəyi naminə bu hesabatı tələb etməliyik!

Bu günlərdə Milli Şuranın elan etdiyi etiraz mitinqi həmin hesabat tələbinin səsləndirilməsi üçün bir vasitədir. Bundan sonrakı proseslərin də əsas məqsədi budur. Mən sizin hamınızı bu hesabat tələblərini səsləndirməyə çağırıram. Ölkədəki bu sosial dibsizliyə son qoymaq üçün səfərbərliyə çağırıram”.

~ tərəfindən Patriot 12/03/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma