“AZADLIQDA OLSAYDIM, MÜTLƏQ BU MİTİNQƏ QATILARDIM”

xedice

Xədicə İsmayıldan 15 mart mitinqinə dəstək

Milli Şuranın martın 15-nə təyin etdiyi mitinq geniş ictimai dəstək qazanıb. Sosial şəbəkələrdə yüzlərlə istifadəçi bu mitinqə ən müxtəlif formalarda dəstəyini ifadə edir. Aksiya üçün facebook-da yaradılmış dəvətə artıq 85 min nəfərə yaxın istifadəçi qoşulub, 3500 nəfər isə iştirakını edəcəyini təsdiqləyib.

Eyni zamanda ayrı-ayrı tanınmış şəsxlər də 15 mart mitinqində iştiraka çağıran müraciətlər edirlər.

Artıq siyasi məhbuslardan da mitinqə dəstək xəbəri gəlib. Tanınmış araşdırmaçı jurnalist Xədicə İsmayıl zəng edərək, dostlarını 15 mart mitinqinə qatılmağa çağırıb. Bu barədə blogger Mehman Hüseynov facebook-da mitinqlə bağlı yaradılmış dəvət səhifəsində məlumat paylaşıb. “Xәdicә İsmayıl bu gün (martın 9-da – red.) zәng elәmişdi. Dedi uşaqlara çatdırın ki, azadlıqda olsaydı, mütlәq bu mitinqә bir vәtәndaş kimi qatılardı”, – deyə M.Hüseynov xəbər verib.

~ tərəfindən Patriot 10/03/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma