“QATİLLƏR YAXALANDI”

boris_nemtsov

Rusiya FTX-nin rəhbəri: “Prezident Vladimir Putin bu barədə məlumatlandırılıb”

Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov müxalifət lideri Boris Nemtsovu qətlə yetirməkdə şübhəli bilinərək saxlanılan iki killerin Qafqaz sakinləri olduqlarını açıqlayıb. Lakin onların hansı respublikadan olduqlarını deməyib.

Onun sözlərinə görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Boris Nemtsovun qətlində şübhəli bilinən Zaur Dadayev və Anzor Qubaşev saxlanılıb. FTX rəhbəri bu barədə artıq prezident Vladimir Putinə məruzə olunduğunu söyləyib:

“Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir, cinayətin bütün iştirakçılarının yaxalanması üçün zəruri istintaq tədbirləri görülür”- deyə Bortnikov bildirib. Hüquq-mühafizə orqanlarındakı mənbə isə “İnterfaks”a bildirib ki, iki şübhəlinin yaxalanması ilə məsələyə nöqtə qoymaq hələ tezdir: “Cinayətin təşkilatçıları və sifarişçiləri də yaxalanmalıdır”.

Mənbə deyib ki, istintaqın cinayətin üstünü açmaq üçün yaxşı şansları olub. Killerlərin istifadə etdiyi avtomobil kifayət qədər operativ şəkildə tapılıb, avtomobildən onların şəxsiyyətlərini müəyyən etməyə imkan verən biomateriallar aşkar edilib.

Həmçinin nəqliyyatın hərəkətini izləyən videomüşahidə kameraları killerlərin istifadə etdiyi avtomobilin hərəkətini qeydə alıb və bu görüntülərdən onların dəqiq fotolarını əldə etmək mümkün olub. Həmçinin cinayətdən dərhal sonra aparılan telefon danışıqları qeydə alınıb.

Hüquq-mühafizə orqanlarındakı digər mənbə isə Nemtsovun qətli üzrə daha dörd nəfərin axtarıldığını bildirib. Bunlar Anzor Qubaşev və Zaur Dadayevi silahla təchiz edən, habelə Nemtsovu izləyən şəxslərdir.

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov müxalifət lideri Boris Nemtsovun qətli üzrə iki şübhəlinin yaxalandığını elan edib. Bortnikov bu barədə “Birinci kanal”a (ORT) müsahibəsində deyib.

~ tərəfindən Patriot 07/03/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma