RUSİYAYA QARŞI SANKSİYALAR DAHA BİR İL UZADILDI

barak_obama

Obama Rusiyaya qarşı sanksiyaları uzatdı

ABŞ prezidenti Barak Obama 6 mart 2014-cü ildə qəbul edilən, Rusiyaya qarşı sanksiyaları daha bir il uzadıb. Bu barədə Ağ ev bəyanat yayıb. Ağ evin yaydığı bəyanatda ABŞ-ın 16-20 mart eləcə də 19 dekabr tarixlərində Ukraynada olan vəziyyətlə bağlı Rusiyaya qarşı sanksiyalarda 3 dəfə dəyişiklik etməsi də nəzərə çatdırılır.

Qeyd edək ki, bu gün qərb liderləri Belarus paytaxtı Minskdə keçən ay əldə edilmiş atəşkəsə əməl olunmasa beynəlxalq ictimaiyyəti daha cidd reaksiya verməyə çağırıb.

ABŞ prezidenti Barak Obama, Fransa, Almaniya, Britaniya, İtaliya liderləri və Avropa Şurasının başçısı Donald Task video bağlantı zamanı Ukraynada vəziyyət və qlobal təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Video konfrans Ukraynanın şərqində zorakılıqların davam etdiyi vaxt keirilib. Dövlət başçıları müşahidəçilər və sülhümühazifə qüvvələrinin oynayacağı rolu, həmçinin Rusiyayaya qarşı Ukraynada separatçıları dəstəklədiyinə görə əlavə sanksiyaların mümkünlüyü məsələsini nəzərdən keçirir.

“Qərb ölkələrinin liderləri Minsk razılaşmalarının bundan sonra da pozulması davam etsə, əlavə sanksiyaların tətbiq edilməsinə hazırdır”-deyə Avropa Şurasının bəyanatında bildirilir.

Xatırladaq ki, Birləşmiş Ştatlar və Avropa müttəfiqləri Rusiyanı regiona əsgəri qüvvə və Moskva tərəfdarı separatçılara silah göndərməklə münaqişəni qızışdırmaqda ittiham edir. Rusiya bu ittihamları rədd edir.

Hazırda isə rəsmi Vaşinqton Kiyevə hərbi silah göndərilməsi variantını da nəzərdən keçirir.

~ tərəfindən Patriot 05/03/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma