MİLLİ ŞURA XOCALI SOYQIRIMINI YAD ETDİ (VIDEO – FOTOLAR)

xocali-milli sura-2015

Hər il olduğu kimi, bu il də Milli Şura Xocalı soyqırımının ildönümü münasibətilə Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış Ana Fəryadı abidəsini ziyarət edib.

milli sura - xocali anim 2015Dünən Saat 12.00-da Xətai metrosunun qarşısından başlayan yürüşdə Milli Şuranın sədri Cəmil Həsənli, AXCP sədri Əli Kərimli, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvləri, Milli Şura tərəfdarları iştirak edib. Xocalı abidəsinin önünə əklil qoyan liderlər, daha sonra abidənin qarşısında qısa çıxış ediblər. İlk olaraq Milli Şuranın sədri, professor Cəmil Həsənli çıxış edib:

“23-il bundan qabaq xalqımız böyük bir terrora məruz qaldı. Dünyada bir neçə yaşayış məntəqəsi var ki, onlar bütövlükdə yer üzündən siliniblər. Bunlardan biri də Xocalıdır. Amma Xocalı soyqrımından fərqli olaraq, o biri hadisələr soyqırım haqqında qanunların, təsəvvürlərin olmadığı dövürdə törədilmişdir. Təəssüflər olsun ki, Xocalı soyqrımı 20-ci əsrdə, dünyanın mədəniləşdiyi, dünyada nizamın yarandığı bir dövrdə baş vermişdir. Bir yaşayış məntəqəsi qadın, uşaq, qoca hamısı birlikdə bu terror aktına məruz qalmışdır. Bəzən bizim mətbuatda, ədəbiyyatda erməniçiliyi faşizmlə müqayisə edirlər. Amma bir məqamı unudurlar ki, faşizmin işğal etdiyi ərazilərdə dinc əhali yaşamaqda davam edib. Ona görə də erməniçilik öz mahiyyətinə görə faşizmdən daha murdar, daha vəhşi bir ideoloji istiqamətdir. Zaman keçəcək, nəsillər dəyişəcək, Xocalıda qurban getmiş bu adamların xatirəsi hər zaman millətimiz üçün əziz olacaq”.

Daha sonra çıxış edən AXCP sədri Əli Kərimli, erməni vəhşiliyinin miqyasına diqqət çəkməylə yanaşı, Xocalının bundan sonra da azərbaycanlıları birləşdirən və qisasa çağıran bir abidə olacağını vurğuladı:

“Xocalı gerçək bir soyqrım idi. Yalnız azərbaycanlı olduqlarına görə, uşaq, qadın, yaşlı bilmədən hər kəsə qarşı bu soyqrım tətbiq olundu, bir qəsəbə fiziki olaraq yer üzündən silindi. Xocalı bundan sonra da azərbaycanlıları birləşdirən və onları qisasa çağıran bir abidə olacaq. Xocalı şəhidlərinin ruhu narahatdır. Çünki biz, o torpaqları geri ala bilməmişik. O qisas qiyamətə qalmamalıdır və hesab edirəm ki, Xocalı şəhidlərinin, başqa şəhidlərimizin ruhu, hər zaman bizi Qarabağ uğrunda mübarizəyə, torpaqlarımızı işğaldan azad etməyə səsləyəcək. Allah şəhidlərimizə rəhmət eləsin”.

 

~ tərəfindən Patriot 27/02/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma