HAKİMİYYƏTİN DALBADAL YALANI

ilham dollar

Bu qədər ifşadan sonra yalan vədlər davam edir

Doğrudan da zaman ən böyük hakimdir və bütün düyünlərin açarı zamana bağlıdır. Biz uzun illərdi yazırıq ki,  hakimiyyətin “analoqsuz inkişaf” iddiası nağıldır və kiçik bir tərpəniş ölkənin fəlakəti ilə nəticələnəcək. Amma 20 ildən artıq müddətdə hakimiyyət yalançı rəqəmlərlə xalqı aldadıb, insanlara boş vədlər verib və binaların fəsadının təmir olunmasını, yoların çəkilməsini, rayon mərkəzlərində parkların salınmasını inkişaf kimi təqdim edib. Üstəlik, insanlara inandırmağa çalııblar ki, ölkədə sabitlik var və iqtisadiyyatımız gündən-günə güclənir.

Amma illər getdikcə bu yalanlar ifşa olunmağa başladı və xalq hakimiyyət təmsilçilərinin iddia etdikləri inkişafı öz həyatında görmədi. Nə işsizlik, nə yoxsulluq problemi həll olunmadı. Əvəzində ölkə vətəndaşları məmur banklarının girovuna çevrildi. Biz ötən yazımızda da qeyd etmişdik ki, hakimiyyətin etimad limiti bitib və xalq rəsmilərin açıqlamalarına inanmır. Son hadisələr bir daha göstərdi ki,  ölkə başçısından tutmuş, millət vəkilinə qədər hər kəs xalqı aldatmaqla məşğuldu. Hələ manatın qiymətinin düşməsi rəsmən elan olunmadan insanlar banklardakı əmənətlərini geri götürməyə başladılar və ölkədə böyük panika yarandı. Mərkəzi bankın sədri Elman Rüstəmov tələsik televiziya qarşısına çıxıb, vəziyyəti əsaslandırmağa çalışsa da, manatın sabit qalacağını vəd versə də, heç kim bu vədlərə inanmadı. Cəmi bir neçə gün keçdikdən sonra isə manatın qiyməti 35 faiz ucuzlaşdı. Hələ bir müddət öncə ölkə başçısı manatın sabit qalacağını bildirdi və başqa ölkələrə də müraciət etdi ki, əmanətlərini manata çevirsinlər. Ötən şənbə günü isə tarixə “qara şənbə” kimi düşdü. Hakimiyyət xalqı aldadaraq 1 milyard zərərə saldı. Bəli, hansısa dələduz, sahibkar, quldur dəstəsi deyil, hakimiyyət xalqı aldatdı. Həm də bu dəfə yalanın ömrü 40 gün deyil, 3-4 gün çəkdi. Növbəti dəfə xalq şahid oldu ki, hakimiyyət yalan danışır və bu hakimiyyətin vədlərinə inanmaq sadəlövhlükdür.    Bu arada YAP-çı deputat Siyavuş Novruzov da manatın qiymətdən düşməsi ilə bağlı xəbərləri dəllalların növbəti fırıldağı kimi qiymətləndirdi və əhalini aldatmamağa səslədi. Hansıki, artıq prezident xalqa yalan vəd vermişdi və proseslər qarşısıalınmaz xarakter aldı. Məlum oldu ki,  qəsdən xalqı aldatmaq və fırıldaq işlətmək siyasəti yeridilir. Sonradan digər millət vəkili Vahid Əhmədov etiraf etdi ki, Mərkəzi Bank xalqı aldatdı. Amma məsələni mərkəzi Bankın üstünə atmaq da ədalətsizlik olardı. Heç kimə sirr deyil ki, bu ölkədə Ilham Əliyevin iradəsi olmadan Mərkəzi Bankın sədri hər hansı bəyanat verə bilməz. Yəni “aldatma ssenarisi” hakimiyyətin “mətbəx”ində hazırlanıb və komanda da buna əməl edir.

Onu da xatırlatmaq yerinə düşər ki, 2007-ci ildə Tarif Şurası benzinin qiymətini qaldıranda cəmiyyətdə belə bir fikir yaranmışdı ki, prezident bilmir. Amma Ilham Əliyev öz çıxışında bildirdi ki, Tarif Şurası ondan xəbərsiz belə bir qərar verə bilməz və baş verənlər onun razılığı daxilindədir.

Indi vəziyyət göz qabağındadır. Ölkədə ciddi panika yaşanır, iri marketlər satışı dayandırmaq istəyir, qiymətlər qalxmağa başlayır və s. Göründüyü kimi, hakimiyyət növbəti dəfə və daha biabırcasına xalqı aldatdı. Bütün bunlardan sonra xalqdan üzr istəmək əvəzinə, yalanları davam etdirmək qərarına gəliblər. Indi də xalqa izah etməyə çalışırlar ki, heç bir problem yoxdur, vəziyyət düzəlməyə doğru gedir və s. Hələ də ümidləri var ki, xalqı aldatmaq olar. Bütün bunlardan sonra xalq bu hakimiyyətə niyə inanmalıdır? Bu gündən sonra hakimiyyət məntiqli və əsaslı proqnozlar versə də, heç kim üçün mötəbər sayılmayacaq. Indi cəmiyyətdə ən mötəbər xəbər, hakimiyyətin təbliğatını əks istiqamətə yozmaqdır. Əgər hakimiyyət deyirsə ki, hava isti olacaq, deməli, kəskin soyuq müşahidə olunacaq.  Bəli, hakimiyyət rəsmən elan etdi ki, “mən yalançıyam, mənə inanmaq olmaz”. Bir sözlə, indiki zamanda hakimiyyət üçün susmaq həqiqətən də qızıldır. Çünki, danışılan sözün qiyməti 100 faiz ucuzlaşıb.

~ tərəfindən Patriot 26/02/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma