“RUSİYA İLƏ OYUN OYNAMADIĞIMIZI HAMI GÖRƏCƏK”

Con Kerri

Con Kerri Rusiyaya qarşı yeni sanksiyaları müzakirə etdiklərini bildirdi

ABŞ və müttəfiqləri Ukraynanın şərqindəki vəziyyətə görə Rusiyaya əlavə sanksiyaların tətbiqini müzakirə edir. Bunu fevralın 21-də britaniyalı həmkarı Filip Hammondla görüşən ABŞ-ın dövlət katibi Con Kerri bildirib.

“Biz əlavə sanksiyalar, əlavə təzyiqlər barədə danışırıq. Əminəm ki, bizim Rusiya ilə oyun oynamadığımız yaxın günlərdə hamıya aydın olacaq”, – deyə Kerri qeyd edib.

ABŞ dövlət katibi vurğulayıb ki, Rusiyanın tutduğu mövqe beynəlxalq ictimaiyyətin nail olmaq istədiyinə tamamilə ziddir. O, Ukraynanın şərqində son günlərdə baş verənləri Rusiya tərəfdən yol verilən “tamamilə sinik və cığal davranış” adlandırıb.

Ukraynanın şərqində atəşkəsin elan edilməsinə dair Minsk razılaşmasına baxmayaraq Rusiyanın fəal dəstəyi ilə Donbas separatçıları döyüşləri davam etdirir və bir nüçə gün qabaq Debaltsovo şəhərini ələ keçirib. Con Kerrinin də məhz bunu nəzərdə tutduğu şübhəsizdir.

ABŞ prezidenti Barak Obama Ukraynaya silah verməklə bağlı yaxın günlərdə qərar qəbul edəcək. Bunu ABŞ-ın dövlət katibi Con Kerri səfərdə olduğu Londonda bildirib.

Kerrinin sözlərinə görə, Obamanın qərarı Donbasda hadisələrin necə inkişaf edəcəyindən asılıdır.

 

~ tərəfindən Patriot 22/02/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma