İSVEÇLƏ FİNLANDİYA HƏRBİ ƏMƏKDAŞLIĞINI GÜCLƏNDİRİR

isvec_finland

İsveç və Finlandiya Rusiya təhlükəsinə qarşı birləşir

İsveçlə Finlandiya Baltik dənizi regionunda Rusiya ilə münasibətlərin gərginləşməsi fonunda müdafiə sahəsində əməkdaşlığı genişləndirmək və birgə hərbi-dəniz qrupları yaradılmasını planlaşdırırlar.

İsveçin xarici işlər nazirliyi bəyan edib ki, daha yaxın hərbi əməkdaşlıq potensial təcavüzkarı ehtiyatlı olmağa məcbur edəcək.
Planda həmçinin hərbi-dəniz bazalarına qarşılıqlı çıxışın daha açıq olması və sualtı qayıqların izəlməsi ilə bağlı birgə hərbi təlimlər keçirilməsi nəzərdə tutulur.

İsveçrə ilə Finlandiya son zamanlar Rusiyanın Baltik dənizində hərbi iştirakının artması və Moskvanın Ukraynadakı hərəkətlərindən narahatdırlar.

Bu ölkələr NATO-nun üzvü deyillər.

Almaniyanın müdafiə naziri Ursula von der Leyen bundan əvvəl bəyan edib ki, Rusiyanın öz maraqları naminə hərbi güc işlətmək cəhdlərinə cavab olaraq ölkənin təhlükəsialik strategiyasına yenidən baxmaq fikrindədirlər.

Nazir qeyd edib ki, yeni strategiyada Almaniya ordusunun təkcə Əfqanıstanda olduğu kimi ayrı-ayrı missiyalarda iştirak etməsi yox, eyni zamanda NATO-nun müdafiə qabiliyyətinin gücləndirilməsində daha aktiv iştirakı nəzərdə tutulur

 

~ tərəfindən Patriot 19/02/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma