SADƏ XANIM MERKEL (FOTOLAR)

angela_merkel

Almaniyanın kansleri Angela Merkel

kansler merkel“Forbes” jurnalının dünyanın ən nüfuzlu qadını elan etdiyi  Almaniya kansleri Angela Merkel kifayət qədər sadə həyat sürür. Hətta Angela Merkelin mənzilini göstərən lövhədə Merkelin deyil, onun həyat yoldaşı professor Yoahim Zauerin adı göstərilir.

Onun maaşında sonuncu dəfə 2012-ci ildə artım olub. Həm də bu artım son 12 ildə kanslerin məvacibində ilk artım idi. Merkel Almaniyanın kansleri olaraq ildə 190 min avro (təxminən 170 min manat) qazanır. Bundan başqa, o həm də deputat olduğu üçün onun illik gəliri 290 min avroya (təxminən 260 min manat) çatır. Bundan başqa kansler bir sıra vergiləri ödəməkdən də azaddır. Bununla belə, Merkel alman standartları ilə bir o qədər də varlı deyil. Belə ki, onun maaşı bir çox müğənni, aktrisa, futbolçu, hətta bəzi həkimlərlə müqayisədə çox azdır.

İstirahət vaxtlarında da Merkel xərclərini öz qazancından ödəyir. Onun istifadə etdiyi avtomobil də bir çox alman rəsmilərinin avtomobilinə baxanda çox sadədir. Nazirlər BMW və “Mercedes” limuzinlərə üstünlük verdikləri halda, kansler “Audi 8″i seçib. Merkel hətta keçən ilə qədər uzaq məsafələrə “Airbus A310” təyarrəsi ilə uçurdu. Həmin təyyarə iyirmi ildən çox müddətdə istifadə edilmişdi. Yalnız keçən il bütün alman hakimiyyət üzvlərinin təyyarələri dəyişdirilərək “Airbus A340″la əvə edilmişdi.

 

~ tərəfindən Patriot 18/02/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma