PUTİN GÜZƏŞTƏ MƏCBUR EDİLDİ (FOTOLAR)

ukr-minsk sammit

“Normandiya dördlüyü” Minskdə Ukrayna razılaşması

16 saatlıq gərgin danışıqlar “atəşkəs”lə bitdi; görüşdə elə kuryozlar baş verdi ki…

Ukrayna saytları Minsk görüşündə razılaşdırılan sənədin şəklini yayıblar. Razılaşdırılmış sənəd bir qədər əvvəl Donetsk və Luqansk separatçılarının tələblərinin əks olunduğu protokoldan fərqlənir.

ukrayna_ minsk_rusiya _sazisSənəddə deyilir:   – Fevralın 15-də saat 00.00-dan etibarən atəşin dayandırılması; – Fevralın 16-dan gec olmayaraq ağır silahlar və hərbi texnikanın təmas xəttindən qarşılıqlı olaraq geri çəkilməsi və bu prosesin 14 gün ərzində sona çatması;   – Ukraynada 2015-ci ilin sonuna qədər Konstitusiya islahatı həyata keçirilməsi və yeni Konstitusiyada hakimiyyətin qeyri-mərkəzləşdirilməsinin (desentralizasiya) təsbit olunması;   – Donbasın separatçıların nəzarətindəki hissəsinə xüsusi status verilməsi, hərbi əməliyyatların iştirakçılarının amnistiyası, dil hüququ, Rusiya regionları ilə transsərhəd əməkdaşlığı;   – Donbasın yerli idarəetmə orqanlarının bölgəyə hakimlərin və prokurorların təyinatında iştirakı, xalq milisinin yaradılması;   – Bütün qanunsuz silahlı dəstələrin tərksilah edilməsi;   – Bütün xarici silahlı birləşmələrin, hərbi texnikanın və muzdluların ATƏT-in müşahidəsi altında Ukraynadan çıxarılması.

Ukrayna prezidenti Pyotr Poroşenko Minsk görüşündən sonra bildirib ki, danışıqlar zamanı Ukraynadan bütün xarici qoşunların çıxarılması ilə bağlı razılıq əldə edilib.

Bundan əlavə, 2015-ci ilin sonuna qədər Ukrayna sərhədçiləri Rusiya ilə sərhəddə tam nəzarəti bərpa etməlidir.
O əlavə edib ki, Ukraynanın şərgində heç bir muxtariyyət və federallaşma barədə qərar qəbul edilməyib. Onun sözlərinə görə, danışıqlarda Ukraynanın qəbul edə bilməyəcəyi şərtlər irəli sürülüb. Ancaq o bunlarla razılaşmayıb.

Poroşenko fevralın 15-dən atəşkəsin elan ediləcəyini və 19 gün ərzində bütün girovların azad edilməli olduğunu deyib.
Rusiya prezidenti Putin Minsk görüşü barədə danışarkən bildirib ki, “Normandiya dördlüyü” fevralın 15-də saat 00.00-dan atəşkəsin əldə edilməsi ilə bağlı razılığa gəlib.

Fransa prezidenti Fransua Olland Minsk razılaşmasından danışıb. Ollandın sözlərinə görə, Minskdə əldə edilən razılaşma Avropa üçün rahatlıq, Ukrayna üçün isə ümiddir. Fransa prezidenti separatçı qurumlar rəhbərlərinin razılaşmanı imzaladığını təsdiqləyib.

Donetsk separatçılarının lideri Aleksandr Zaxarçenko “Normandiya dördlüyü”nün razılaşdırdığı sənədi imzaladığını deyib. “Rusiya prezidenti, Almaniya kansleri və Fransa prezidentinin təminatı ilə biz razılaşmanı imzaladıq. Güman edirik ki, bu razılaşma ilə hərbi əməliyyatlara son qoyulacaq”, – deyə o bildirib. Separatçı Luqansk respublikasının rəhbəri İqor Plotnitski də sənədi imzaladıqlarını təsdiqləyib.

Minskdə Almaniya, Fransa, Rusiya və Ukrayna liderləri arasında danışıqlar 16 saatdan sonra nəhayət, başa çatıb. Ukrayna KİV xəbər verir ki, müzakirə otağını əvvəlcə Poroşenko, sonra Putin, onların da ardınca Olland və Merkel tərk edib.

Poroşenko bəyan edib ki, danışıqlarda hələlik heç bir yaxşı xəbər yoxdur. O deyib ki, Rusiyanın irəli sürdüyü bəzi şərtlər qəbul edilməzdir.

Danışıqlar nəticəsində imzalanması nəzərdə tutulan sənədin isə məlumatlara görə, 80 faizi razılaşdırlıb. RİA Novosti agentliyi danışıqlar prosesinə yaxın mənbəyə istinadla bildirir ki, sənəddə 10 bənd nəzərdə tutulur. Sənədi danışıqlar aparan liderlər imzalayandan sonra o, kontakt qrupuna təqdim olunacaq.

“Reuters” agentliyi isə sənəddəki müddəalar haqda məlumat yayıb. Agentlik danışıqların keçirildiyi Müstəqillik Sarayında “Minsk razılaşmasının həyata keçirilməsi üçün kompleks tədbirlər” başlıqlı sənəd ələ keçirib. Sənəddə göstərilir ki, tərəflər fevralın 14-dən etibarən hərbi əməliyyatların dayandırılması, ağır texnikaların ərazidən çıxarılması və təhlümkəsizlik zonasının yaradılmadı haqda razılığa gəlirlər. Lakin bu sənədin hansısa layihə, yoxsa imzlanacaq sənəd olduğu bilinmir.

Minskdə “Normandiya dördlüyü”nün görüşü maraqlı məqamlarla da yadda qalıb. Ev sahibi, Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinin danışıqlar masası ətrafında kürsüyə əyləşməsinə mane olub. Lukaşenko Almaniya kansleri Merkellə söhbət edə-edə Putinin əyləşmək istədiyi kürsüdən tutub və rusiyalı həmkarının onu özünə tərəf şəkməsinə imkan verməyib. Bu vəziyyət bir neçə saniyə çəkib və Putin iki dəfə kürdüyə əyləşə bilməyib. O, yalnız üçüncü cəhddə otura bilib.

Bundan başqa, Putinin danışıqlar zamanı əlindəki qələmi qırdığı da jurnalistlərin kameralarına tuş gəlib. Bu da danışıqların Rusiya prezidenti üçün çox ağır keçməsi kimi qiymətləndirilib.

Ukraynadakı münaqişənin həlli ilə bağlı Almaniya kansleri Merkel, Fransa prezidenti Olland, Rusiya prezidenti Putin və Ukrayna prezidenti Poroşenko arasında gedən danışıqlar hələ başa çatmayıb.

Danışıqların indilərdə bitəcəyi və müvafiq razılaşma sənədinin imzalanacağı gözlənilir. Jurnalistləri artıq sənədin imzalanacağı Minskin Müstəqillik sarayına dəvət ediblər.

Ukrayna XİN nümayəndəsi danışıqların gedişində fasilə zamanı jurnalistlərə onun gərgin keçdiyini deyib.
Danışıqlarda tərəflərin toqquşduğu məqamlar barədə mətbuata məlumat sızıb. Bunlar sərhəd xəttinin haradan keçəcəyi, sərhəd-buraxılış məntəqələrinə nəzarət, Rusiya hərbçiləri və hərbi texnikasının Donbasdan çıxarılması, regiona muxtariyyatın verilməsi kimi məsələlərdir.
“Ukrainskaya pravda” yazır ki, Kiyev sərhəd xəttinin ötən ilin sentyabrda razılaşdırılmış hüdudlardan keçməsini, Moskva isə separatçıların ələ keçirdiyi ərazilərə nəzarəti saxlamasını istəyir.

Kiyev tələb edir ki, Rusiya regiona yeritdiyi hərbi texnikaları və hərbçiləri geri çıxarsın. Moskva isə israr edir ki, regionda Rusiya hərbçiləri və hərbi texnikası yoxdur.

Kiyev Rusiya ilə sərhəddə özünün tam nəzarətini istəyir ki, oradan silah və döyüşçü axınının qarşısını alsın. Moskva isə hesab edir ki, əsas sərhəd məntəqələrinə separatçı rejim nəzarət etməlidir.

Regiona muxtariyyat verilməsinə gəlincə, Kiyev əmin edir ki, geniş muxtariyyata hazırdır. Lakin Rusiya buna zəmanət və regiona qarşı maliyyə blokadasının götürülməsini istəyir.

11.02.2015

Konfrans zalında gözləyən jurnalistlər danışıqların səhərə qədər davam edə biləcəyi ilə bağlı məlumat yayıblar.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov danışıqların gedişindən razı qaldığını deyib.

***

Donetsk separatçılarının nümayəndəsi Denis Puşilin bildirib ki, nəticələr barədə danışmaq hələ tezdir. Müsbət irəliləyişlər var, lakin yekun nəticənin necə olacağını zaman göstərəcək.

Rusiyanın Belarusdakı səfiri Aleksandr Surikov bildirib ki, hazırda əlaqə qrupu razılaşdırılmış sənədi başa çatdırmaqdadır. Dövlət başçılarının ona münasibəti hələ məlum deyil. Dördlük sənədin mümkün variantlarını müzakirə edir.

***

İki saatlıq söhbətdən sonra görüş iştirakçıları jurnalistlər qarşısına çıxaraq protokol üçün şəkil çəkdirib. Daha sonra görüş daha geniş formatda davam etdirib. Dövlət başçılarına hər dörd ölkənin nümayəndə heyətlərinin üzvləri də qoşulub.

Ukrayna prezidenti qısa müddətə danışıqların keçirildiyi kabineti tərk edib. Onun baş qərəgahlaa danışmaq üçün çıxdığı deyilir.

***

Ukraynanın Belarusdakı səfiri Mixail Ejel bildirib ki, danışıqların yekunu olaraq Ukraynaya dair sənədin imzalanacağı gözlənilir.
Minskdə Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland, Ukrayna prezidenti Petr Poroşenko və Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Donbasda münaqişənin nizama salınmasına dair danışıqlar başlayıb. Rusiya prezidenti görüşə bir qədər gecikib.

~ tərəfindən Patriot 17/02/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma