PUTİN ƏLİNDƏKİ QƏLƏMİ QIRDI

minsk-ukrayna

Minskdə gərgin Ukrayna danışıqları

Konfrans zalında gözləyən jurnalistlər danışıqların səhərə qədər davam edə biləcəyi ilə bağlı məlumat yayıblar.
***
putin_minsk_qelemDanışıqların aparıldığı zaldan çəkilən şəkillər görüşün gərgin keçdiyini göstəririr. Jurnalistlər Rusiya prezidenti Putinin əlindəki qələmi sındırdığını müşahidə ediblər. Qeyd edək ki, ötən il Urkaynanın keçmiş prezidenti Viktor Yanukoviç də danışıqlar zamanı əlindəki qələmi sındırmışdı.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov danışıqların gedişindən razı qaldığını deyib.
***
Donetsk separatçılarının nümayəndəsi Denis Puşilin bildirib ki, nəticələr barədə danışmaq hələ tezdir. Müsbət irəliləyişlər var, lakin yekun nəticənin necə olacağını zaman göstərəcək.
Rusiyanın Belarusdakı səfiri Aleksandr Surikov bildirib ki, hazırda əlaqə qrupu razılaşdırılmış sənədi başa çatdırmaqdadır. Dövlət başçılarının ona münasibəti hələ məlum deyil. Dördlük sənədin mümkün variantlarını müzakirə edir.
***
İki saatlıq söhbətdən sonra görüş iştirakçıları jurnalistlər qarşısına çıxaraq protokol üçün şəkil çəkdirib. Daha sonra görüş daha geniş formatda davam etdirib. Dövlət başçılarına hər dörd ölkənin nümayəndə heyətlərinin üzvləri də qoşulub.
***
Ukrayna prezidenti qısa müddətə danışıqların keçirildiyi kabineti tərk edib. Onun baş qərəgahlaa danışmaq üçün çıxdığı deyilir.
***
Ukraynanın Belarusdakı səfiri Mixail ejel bildirib ki, danışıqların yekunu olaraq Ukraynaya dair sənədin imzalanacağı gözlənilir.
***
Minskdə Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland, Ukrayna prezidenti Petr Poroşenko və Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Donbasda münaqişənin nizama salınmasına dair danışıqlar başlayıb. Rusiya prezidenti görüşə bir qədər gecikib.

 

Azadlıq info

 

~ tərəfindən Patriot 12/02/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma