«RUSİYA ÖZÜNÜ TERRORÇU KİMİ APARIR»

Dalia-Grybauskaitė

Litva prezidenti Dalya Qribauskayte hətta Rusiya tərəfindən təzyiq şəraitində ölkəsinin Ukraynanıdəstəkləyəcəyini deyir

Bu barədə o Münhendə keçirilən konfransda çıxışı zamanı bildirib.

«Müharibəyə başlayan, orda bilavasitə iştirak edən təcavüzkar təkcə sərhəddə deyil, Ukraynanın ərazisində də özünü terrorçu kimi aparır», – deyə o qeyd edib.

Qribauskayte həmçinin bildirib ki, son vaxlar Kalininqrad tərəfdən Rusiya hərbi qüvvələrinin toplandığı müşahidə olunur. Həmçinin Litva sərhədlərinə yaxın Rusiya hərbi aviasiyasından istifadə artıb. Bu da mülki aviasiya üçün təhlükə yaradır: «Biz təhlükə ilə üz-üzəyik. Bu, güc nümayişidir. Ukraynanı dəstəklədiyimiz üçün bizi qorxutmaq istəyirlər. Ancaq biz qorxmuruk. 25 il əvvəl də, 70 il əvvəl də belə situasiya ilə üzləşmişik, ancaq qorxmadığımıza görə sağ qalmışıq».

Litva prezidenti həmçinin beynəlxalq ictimaiyyəti Ukraynaya dəstək verməyə çağırıb.

~ tərəfindən Patriot 11/02/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin