“ŞƏRQ TƏRƏFDAŞLIĞI” SAMMİTİ YAXINLAŞIR…

Azerbaycan-EU_flags

Riqa sammiti ərəfəsində Azərbaycan hakimiyyəti üçün gərgin olacaq

“Avropa Birliyi və Azərbaycan çoxsaylı ortaq maraqlara malikdir. Enerji təhlükəsizliyi bunlardan yalnız biridir”. Bu barədə Avropa Genişləndirmə və Qonşuluq Siyasəti Komissarı Yohannes Hanın sözçüsü Maya Kosyançiç açıqlamasında bildirilib.

Onun sözlərinə görə, “Şərq tərəfdaşlığı” çərçivəsində əməkdaşlıq sözügedən maraqların reallaşdırılması üçün bir alətdir: “Biz konkret dəstək təklif edirik: regional əməkdaşlıq nəzərə alınmazsa, Avropa Qonşuluq Aləti (ENI) tərəfindən 94 milyon avroya yaxın yardım Azərbaycan üçün 2014-2017-ci illərdə əlçatandır. Azərbaycanla əməkdaşlığın əsas məqsədi Azərbaycanın müasirləşmə, regional inkişaf, təhsil və ədliyyə sahələrində öz yolunu dəstəkləməkdir”.

Kosyançiç əlavə edib ki, Yohannes Han Riqada keçiriləcək “Şərq tərəfdaşlığı” sammitindən öncə Azərbaycana səfər etməyi planlaşdırır: “Böyük ehtimal ki, bu səfər apreldə baş tutacaq. Lakin dəqiq tarix hələ müəyyənləşməyib”.

AB təmsilçisinin də açıqlamasından görünür ki, təşkilat enerji təhlükəsizliyini Azərbaycanla münasibətlərdə əsas amil kimi görmür. Halbuki Azərbaycan bir qayda olaraq enerji amilini qabardaraq əlaqələri məhz bu amil üzərində qurmağa çalışır.

Ekspertlərin fikrincə, Şərq Tərəfdaşlığı ölkələrinin may ayında Riqada keçiriləcək sammiti AB üçün böyük əhəmiyyət kəsb edir. Son bir il ərzində Şərq Tərəfdaşlığı proqramı çərçivəsində AB-nın əməkdaşlıq etdiyi altı ölkədən üçü ilə assosiasiya müqasilələri imzalanıb. Belarus və Ermənistan Rusiya ilə sıx şəkildə bağlı olduğundan AB Azərbaycanla münasibətləri daha yüksək inkişaf səviyyəsinə qaldırılmasına böyük diqqət verir. Bu baxımdan Azərbaycan hakimiyyəti üçün kritik dövr aprel ayı olacaq. Məhz sammit ərəfəsində Azərbaycandan avrointeqrasiya sahəsində qəti mövqe tələb ediləcək. Azərbaycan hakimiyyətinin bu vaxta qədərki mövqeyi AB ilə münasibətləri enerji məsələləri ilə məhdudlaşdırmaq olub. Brussel hesab edir ki, altı keçmiş sovet respublikasından biri olan Azərbaycana geniş miqyasda avrointeqrasiya siyasəti aparması vacibdir. Azərbaycan hakimiyyəti istəməsə də birlik Azərbaycanla münasibətləri enerji məsələləri ilə məhdudlaşdırmaq fikrindən çox uzaqdır. Bu isə o deməkdir ki, Riqa sammiti ərəfəsində Azərbaycan hakimiyyəti üçün bu baxımdan çox gərgin olacaq.

~ tərəfindən Patriot 08/02/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma