TƏRTƏRDƏ ÜSYAN

terter-usyan

Tərtər polisində məhbusu işğəncə ilə öldürüblər

“Polisdə qardaşımın qaraciyərini partlatmışdılar”

Tərtərdə gərginlik və qarşıdurmanın baş verməsinə səbəb olan hadisələrin bəzi təfərrüatları bəlli olub.

ANS TV-nin məlumatına görə, əslən Ağdam rayonundan olan Səbuhi Dünyamalıyev yanvarın 12-də Tərtər polisi tərəfindən saxlanılıb. Yaxınları bu gün Səbuhinin ölüm xəbərini alıb. Onun ölümündə polisi günahlandıran qohumları buna etiraz olaraq Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) qarşısına toplaşıb.

Sebuhi Dunyamaliyev“Xəbər gəldi ki, özünü asıb. Bunun nadzoru hara baxırdı? KPZ-nin rəisi hara baxırdı? Rayonun rəisi hara baxırdı?” – deyə mərhumun qohumu Əlövsət Dünyamalıyev şikayətlənib.

Mərhumun bacısı Süsən Dünyamalıyeva isə daha ağır ittihamlar səsləndirib: “Qardaşımı döymüşdülər, qaraciyərini partlatmışdılar. Dərman alıb verdik. Bura təcili yardım çağırıldı. Gəncəyə apardılar. Gəncədən qaytardıqları bir saat deyildi, öldü. Görüblər vəziyyəti ağırdır, yalandan “özünü asıb” dedilər”

Tərtər Rayon Prokurorluğundan əldə etdiyimiz məlumata görə, 33 yaşlı Səbuhi Dünyamalıyev narkotik vasitələrin qanunsuz satışına görə saxlanılıb. Bu gün istintaqın gedişi ilə bağlı Gəncə şəhərindən Tərtər RPŞ-yə etap olunub. Axşam saatlarında isə RPŞ-nin müvəqqəti saxlama kameralarından birində özünü mələfə ilə asaraq intihar edib. Hazırda meyit Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Tərtər rayon şöbəsinədədir. Faktla bağlı araşdırmalara başlanılıb.

Mərhum Bərdənin Zümürxan kəndində məskunlaşıbmış. İki azyaşlı övladı var.

Tərtər Rayon Polis Şöbəsinin növbətçi hissəsindən ANS-ə verilən məlumata görə, hazırda rayonda vəziyyət tam nəzarətdədir. Və polislə hər hansı bir qarşıdurma halı olmayıb.

“Tərtərdə vəziyyət tam nəzarətdədir və rayon polisi həmişəki iş rejimi ilə işləyir. Rayonda tam sakitlikdir” – bunu APA-ya açıqlamasında Tərtər Rayon Polis Şöbəsinin rəisi Rauf Məcidov deyib.

Rəisin sözlərinə görə, Ağdam rayon sakini, 1982-cil il təvəllüdlü Dünyamalıyev Səbuhi Zamin oğlunun saxlanıldığı kamerada özünü asması faktı ilə bağlı araşdırmalar aparılır. Araşdırma bitəndən sonra bu barədə əlavə məlumat veriləcək.

Şöbə rəisi bildirib ki, etiraz edən Səbuhi Dünyamalıyevin yaxınları ilə söhbət aparılıb, bundan sonra onlar sakitləşiblər: “Dünyamalıyevin qohumlarına hər şeyin qanun çərçivəsində araşdırılacağı bildirilib”.

Tərtər rayon Polis Şöbəsinin müvəqqəti saxlama təcridxanasında saxlanılan şəxs intihar edib.

Tərtər rayon Polis Şöbəsindən APA-nın Qarabağ bürosuna verilən xəbərə görə, narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinən Ağdam rayon sakini, 1982-cil il təvəllüdlü Dünyamalıyev Səbuhi Zamin oğlu saxlanıldığı kamerada özünü asıb.

Hadisədən dərhal sonra S. Dünyamalıyevin qohumlarının bir qrupu Tərtər rayon Polis Şöbəsinə gəliblər, onlar yaxınlarının özünə qəsd etməsinə qəzəbli olduqları üçün yaranmış insidentdə polislər də daxil olmaqla bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Polis şöbəsinin binasına da zərər dəyib.

~ tərəfindən Patriot 05/02/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma