DÜŞMƏNİN TƏXRİBAT QRUPU MƏHV EDİLİB

esger

Ermənistan silahlı qüvvələrinin təxribat qrupu məhv edilib

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistanın Müdafiə Nazirliyinə istinadən düşmən tərəfinin kütləvi informasiya vasitələrinin guya yanvarın 31-də Silahlı Qüvvələrimizin mövqelərinin və minik avtomobilinin məhv edilməsi barədə verilən məlumatlar yalandır və dezinformasiya xarakteri daşıyır.

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, düşmən tərəfi son vaxtlar cəbhədə canlı qüvvə və texnika baxımından verdiyi ağır itkilərin, o cümlədən yanvarın 29-da məhv edilən pilotsuz uçan aparatın əvəzini çıxmaq məqsədilə heç bir uğurlu cavab tədbiri görə bilməməsi səbəbindən əsası olmayan, uydurma məlumatlar yaymaqla məyus erməni xalqını və əsgərini növbəti dəfə aldatmaqla məşğuldur: “Tam fərqli olaraq bu gün saat 15:00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhəddinin Qazax rayonu sahəsində düşmən tərəfinin təxribatının qarşısı uğurla alınıb. Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı və görülən qabaqlayıcı tədbirlər nəticəsində təxribat törətmək məqsədilə minalanmış sahədən keçid açmağa cəhd göstərən düşmənin 6 nəfərdən ibarət hərbi qulluqçusu tam məhv edilib.

Təəssüflər olsun ki, yanvarın 31-də saat 12:55 radələrində cəbhənin digər istiqamətində, Xocavənd rayonu ərazisində erməni silahlı bölmələrinin atəşkəs rejimini növbəti dəfə pozması və düşmən tərəfindən atılan güllənin rikoşet etməsi nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, əsgər Allahverdiyev Eşqin Rəhim oğlu dayaq məntəqəsində şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!”
Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan ordusu bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir. Silahlı Qüvvələrimizin bölmələri həmişə olduğu kimi düşmənin istənilən hərəkətinin qarşısı qətiyyətlə almağa və onu məhv etməyə hazırdır.

***
Bu dəqiqələrdə Dağlıq Qarabağdakı qondarma erməni rejiminin “müdafiə nazirliyi” düşmən ordusunun təmas xəttinin şərq istiqamətində həyata keçirdiyi “cəza əməliyyatı” barədə məlumat yayıb.

Ermənistanın news.am saytına istinadən xəbər verir ki, məlumatda iddia edildiyinə görə, bu əməliyyat nəticəsində təmas xəttinin şərq istiqamətində (Ağdam) Azərbaycan ordusunun iki mövqeyi, habelə bir minik avtomobili sıradan çıxarılıb.

Təmas xəttinin bu istiqamətinin başqa hissəsində isə Azərbaycan ordusunun iki əsgərinin vurulduğu iddia edilir.

Virtualaz.org saytı bu məlumatla bağlı Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlıya müraciət edib.
V.Dərgahlı “məsələdən məlumatlı olduqlarını, əgər Müdafiə Nazirliyinin rəsmi bəyanatı olacaqsa, nazirliyin saytında yerləşdiriləcəyini” deyib.
Azərbaycan ordusunun bu gün ərzində itki verib-vermədiyi haqda suala isə V.Dərgahlı şərh verməyib, nazirliyin rəsmi bəyanatını izləməyi məsləhət görüb.

Xatırladaq ki, bundan əvvəl Ermənistan prezidenti Serj Sərkisyan Azərbaycanı “preventiv zərbələrlə” hədələmişdi və erməni ordusunun təmas xəttində hücum əməliyyatları keçirə biləcəyini demişdi.

~ tərəfindən Patriot 31/01/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma