“SİYASİ MƏHBUSLAR QEYD-ŞƏRTSİZ, DƏRHAL AZAD OLUNSUN”

britaniya parlament

Böyük Britaniyadan Azərbaycan hakimiyyətinə tələb

Britaniya deputatları hökuməti Azərbaycan iqtidarına qarşı qəti addımlar atmağa çağırdı

Böyük Britaniya parlamentinin Aşağl Palatasının bir qrup deputatı  Azərbaycan hakimiyyətinin apardığı repressiya siyasətini pisləyən sənəd qəbul edib. Sənədi Böyük Britaniya parlamentində təmsil olunan həm iqtidar, həm də müxalifət partiyalarının təmsilçiləri imzalayıblar.

Sənəddə deyilir:  “Böyük Britaniya parlamentinin Aşağı Palatası olaraq biz Azərbaycan hakimiyyətinin geniş miqyaslı repressiyalarını pisləyirik. Son aylar ərzində müstəqil jurnalistlərin və insan haqları müdafiəçilərinin siyasi motivlərlə həbsi geniş miqyas alıb. Azərbaycan hakimiyyətindən dərhal  və heç bir şərt qoymadan Xədicə İsmayılova,   Leyla Yunus,  İntiqam Əliyev,  Rəsul Cəfərov,  Anar Məmmədov və digər siyasi məhbusların azadlığa buraxılmasını tələb edirik.

Siyasi məhbuslara, o cümlədən Leyla Yunusa qarşı olan işgəncələr bizi dəhşətə gətirir.
Açıq-aşkar görünür ki, Azərbaycan hakimiyyəti müxalif düşüncəli insanları tamamilə sıradan çıxarmağa çalışır. Çox ciddi narahatçılıq doğuran faktlardan biri də  “Azadlıq” radiosunun Bakı ofisinin bağlanmasıdır. Hesab edirik ki, Böyük Britaniya hökuməti Azərbaycanda gedən repressiyalarla bağlı ciddi addımlar atmalıdır”.

~ tərəfindən Patriot 25/01/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma