LEYLA YUNUS: “MÜBARİZ OLUN”

leyla yunus 2014

Vəkil Əlayif Həsənov Amerikanın Səsinə müsahibəsində həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusla görüşü, onun səhhəti və istintaqın gedişindən danışıb.

– Leyla Yunusla nə vaxt görüşübsünüz? Səhhəti necədir?

– Yanvarın 21-də Bakı İstintaq Təcridxanasında Leyla Yunusla görüşmüşəm. Səhhəti yaxşı deyil. Aşkar görünən odur ki, zəiflik var. O ağır diabetdən əziyyət çəkən insandır. İndi böyrəyində problemlər var. Gepatit“C “ var onda. Çəkisi fəlakətli dərəcədə aşağıdır. Özünün dediyinə görə 62 kiloqram çəki ilə istintaq təcridxanasına gətirilib, ancaq indi çəkisi 48 kiloqramdır. Əlbəttə deyə bilərlər ki, həbsxana kurort deyil. Amma həbsxananın ölüm düşərgəsi kimi də nəzərdə tutulduğu olmamalıdır. Yəni belə olmalı deyil. Leyla xanım fiziki olaraq çox xəstə bir vəziyyətdədir. Onu ən çox üzən məsələ odur ki, hazırda onunla bağlı hər hansı istintaq hərəkəti aparılmır, vəkillər dəvət olunmur. Demək olar ki, həbs ediblər, cəmiyyətdən təcrid ediblər, məsələ bununla da qurtarıb. Özünün deməsinə görə, bizim proqnozumuz da belədir ki, yəqin onu Azərbaycan Cinayət Prossesual Məcəlləsində göstərilən müddətin sonunadək həbsdə saxlayacaqlar. Yalnız bundan sonar iş məhkəməyə göndəriləcək. Bu da 2016-cı ilin əvvəllərinə və ya 2015-ci ilin sonlarına təsadüf edəcək.

– Leyla Yunus müayinə, müalicə edilirmi? Bununla bağlı nə dedi?

Əlayif Həsənov: Demək olar ki, müalicələr almır. Ona dərmanlar verilir, Almaniya səfirliyi vasitəsi ilə göndərilən dərmanlar verilir. Müayinə olunur, amma o bu müayinələrin nəticələrinə çox da etibar etmir. Çünki əvvəllər onun müayinəsini edən insanlar onun müayinəsi haqqında gördüklərini, bildirklərini yazmağa qorxublar. Azərbaycan Cinayət Prossesual qanunvericiliyi onu nəzərdə tutur ki, istintaq hərəkətləri intensiv olaraq aparılmalıdır. Cinayət Prossesual Məcəllədən əlavə Azərbaycan Respublikası baş prokuroru cənab Zakir Qaralovun əmri də var ki, istintaq altında olan şəxslərlə bağlı ən geci hər 5 gündə bir dəfə istintaq hərəkəti aparılmalıdır.

– Leyla Yunusun cəmiyyətə, insanlara mesajı varmı?

– Bəli, mesajı belədir. Mübariz olmağa, mübarizəyə, tutulan yoldan çəkinməməyə, eyni zamanda Azərbaycanda insan hüquqlarına olan basqılar barədə susmamağa çağrışı var.

~ tərəfindən Patriot 24/01/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma