İLHAM ƏLİYEV BERLİNDƏ ETİRAZLA QARŞILANDI (FOTO VİDEO)

aliyev-merkel-2015

Merkel insan haqlarına vurğu saldı; görüş yerinin önündə aksiya; mətbuat konfransında çətin suallar və çağırışlar…

Ölkə başçısı İlham Əliyev yanvarın 21-də Berlində Almaniyanın kansleri Angela Merkellə görüşüb. Görüşdən sonra onlar birgə mətbuat konfransı keçiriblər.

İlham Əliyevin Berlinə səfər edəcəyi xəbəri yayılan kimi müxtəlif beynəlxalq təşkilatlar Angela Merkelə çağırış etdilər ki, onunla görüş zamanı Azərbaycanda insan haqlarının vəziyyətini qabartsın və bu istiqamətdə irəliləyiş üçün ona təsir göstərsin.

berlin protest aliyev“Sərhədsiz reportyorlar” isə bəyan etmişdi ki, Angela Merkelin İlham Əliyevi qəbul edəcəyi iqamətgahın önündə etiraz aksiyası keçirəcəklər. Təşkilat vəd verdiyi kimi də edib. Görüş yerinin qarşısında Azərbaycan diasporunun və beynəlxalq təşkilatların təmsilçilərindən ibarət onlarla şəxs Azərbaycanda insan haqlarının pozulmasına etirazlarını bildiriblər. Etirazçılar əllərində azərbaycanlı siyasi məhbusların şəkillərini və onlara azadlıq təlləb edən şüarlar tutublar.

Aksiya barədə “BBC Azərbaycanca”ya məlumat verən niderlandlı jurnalist Bertus Bouman deyib ki, əsas şüar “Əliyev getsin, demokratiya gəlsin” (“Aliyev out, democracy in”) olub.

“İlham Əliyev gələndə yəqin ki, onları eşitmədi. Aksiya Əliyevin keçdiyi yerdən təxminən 100-200 metr məsafədə idi”, – deyə Bertus Bouman bildirib.

Aksiyaçılar eyni zamanda Almaniya hökumətini İlham Əliyevdən açıq tələblər etməyə çağırıblar. “Sərhədsiz reportyorlar”a görə, bağlı qapılar arxasında diplomatiya indiyədək heç bir təsir göstərməyib.

İlham Əliyevin Angela Merkellə birgə mətbuat konfransında da şüarlar səsləndirilib. Meydan TV-nin əməkdaşı, blogger Həbib Müntəzir mətbuat konfransında “Siyasi məhbuslara azadlıq”, “Mətbuata azadlıq” şüarları səsləndirib. Həbib Müntəzir “facebook” səhifəsində yazıb ki, mətbuat konfransında Ilham Əliyevə sualları olub. Lakin sual verməsi üçün ona şərait yaradılmayıb. O da şüarlar səsləndirməyə məcbur olub.

~ tərəfindən Patriot 23/01/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma