ŞƏKİ CƏBHƏÇİLƏRİNƏ QARŞI REPRESSİYA BAŞLADILDI

seki-cebheciler-hebs

Əli Kərimli: “Fəxr edirəm ki, cəbhəçilər öz həbsləri bahasına olsa da, siyasi məhbusları müdafiə edir, vicdanlı insanların hamısına sahib çıxırlar”

Şəki şöbəsinin sədri: “Belə hallar məsuliyyətimizi və fəaliyyətimizi artırır”

AXCP Şəki rayon şöbəsi sədrinin müavini Mübariz Abdulkərimov və AXCP Ali Məclisinin üzvü Əli Abdullayev yanvarın 16-da Şəki Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzasına məhkum ediliblər.

Əli Abdullayev İnzibati Xətalar Məcəlləsinin 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaq), Mübariz Abdulkərimov isə İnzibati Xətalar Məcəlləsinin 296-cı (xırda xuliqanlıq) maddəsi ilə günahlandırılıb.

Onların həbs edilməsinin gerçək səbəbi isə bir gün qabaq şəhərin müxtəlif yerlərində vicdan məhbusu Xədicə İsmayıla azadlıq tələb edən plakatların yapışdırılmasını təşkil etmələridir.

AXCP sədrinin müavini Gözəl Bayramlı da facebook səhifəsində Şəki cəbhəçilərinin məhz buna görə həbs edildiklərini bildirib. O, yazıb ki, Xədicə İsmayıla dəstək məqsədilə Şəki şəhərində dayanacaqlara, dövlət idarələri və bələdiyyə binalarına üzərində azərbaycan və ingilis dillərində “Xədicəni azad et” yazılmış plakatlar yapışdırılıb. Şəki polisi plakatları yapışdıranların axtarışına çıxıb və AXCP Şəki şöbəsinin rəhbərliyini və fəallarını hədəfə alıb.

Plakatlar yapışdırılan gün, yəni yanvarın 15-i axşam saatlarında AXCP Şəki şöbəsinin sədr müavini Mubariz Abdulkerimov şəhərdə saxlanılaraq avtomobili ilə birlikdə polis idarəsinə aparılıb. Şəkidən AXCP Ali Məclisinin üzvü Əli Abdullayev partiyadaşının taleyi ilə maraqlanmaq üçün polisə müraciət etdib və bundan sonra onun özünü də saxlayıblar.

Bu hadisə baş verəndə şöbənin sədri Rauf Abdurəhmanlı Bakıda olub. O, təcili Şəkiyə qayıdıb və partiyadaşlarını qanunsuz həbsdən azad etmək üçün səylər göstərib. Lakin onun polisə müraciətləri nəticəsiz qalıb. Rauf Abdurəhmanlının plakatların yayılmasına görə hər hansı qanuni məsuliyyət yaranırsa, bunu üzərinə götürməyə hazır olduğunu deməsi də işə yaramayıb. Ona bildirilib ki, hər iki cəbhəçi məhkəmə qarşısına çıxarılacaqlar, onun özü isə azaddır.

Rauf Abdurəhmanlı baş verənləri “Azadlıq” qəzetinə belə dəyərləndirib ki, Şəki cəbhəçiləri olaraq, ölkədə haqq-ədalət uğrunda aparılan ümbarizəyə hər zaman töhvə verməyə çalışıblar:

– Daim haqqsızlıga qarşı barışmaz mövqedə olmuşuq və yerli hakimiyyət orqanları bizim bu fəaliyyətimizdən həmişə narahat olub. Siyasi məhbuslar məsələsində də hər zaman daha həssas olmuşuq. Siyasi məhbusların azadlığı tələbilə təşkil olunan kampaniyalarda daim iştirak etmişik, bundan sonra da edəcəyik.

– Həbslər Şəki cəbhəcilərinin bundan sonrakı fəaliyyətinə hansısa formada təsir edə bilərmi?

– Bizi heç bir həbs, təzyiq qorxuda bilməz. Yolumuz haqq yoludur. Qələbəyədək mübarizəmizi davam etdirəcəyik. Şöbə olaraq yeni aksiyalara hazırlaşırıq.

– Şöbə sədri kimi özünüzə qarşı həbs, yeni təxribatlar gözləmirsiz ki?

– Bu, hər bir cəbhəçi üçün gözləniləndir. Belə hallar məsuliyyətimizi və fəaliyyətimizi artırır.

Şəki cəbhəçilərinin həbsinə partiya sədri Əli Kərimli də münasibət bildirib. AXCP lideri özünün facebook səhifəsində yazıb ki, Şəki şöbəsi üzvlərinin belə fədakar fəaliyyəti ilə fəxr edir:

“Bu gün (yanvarın 16-da – red.) AXCP Ali Məclisinin Şəkidən seçilmiş üzvü Əli Abdullayev və AXCP Şəki rayon şöbəsi sədrinin müavini Mübariz Abdulkərimov 30 sutka inzibati həbs cəzasına məhkum ediliblər. Səbəb də odur ki, rayon cəbhəçiləri Şəkidə divarlara Xədicə İsmayıla azadlıq tələb edən plakatlar yapışdırıblar. Bir neçə ay əvvəl isə Şəki cəbhəçiləri siyasi məhbus, hüquq müdafiəçisi, REAL hərəkatının İdarə Heyəti üzvü Rəsul Cəfərovun ad günündə onun müdafiəsi məqsədilə flaşmob keçirmişdilər. O zaman da AXCP Şəki rayon təşkilatının hazırkı sədri Rauf Abdurəhmanlı və Ali məclis üvzü Əli Abdullayev inzabati qaydada həbs olunmuş, partiya fəalları Mübariz Abdulkərimov 500 manat, İslam Həsənov 500 manat, Vüqar Rzayev 400 manat və vətəndaş cəmiyyəti nümayəndəsi Razim Rzayev 500 manat cərimə olunmuşdular.

Şəki cəbhəçilərinin bu fədakarlığını yüksək qiymətləndirirəm. Fəxr edirəm ki, öz həbsləri bahasına olsa da, cəbhəçilər ölkədəki siyasi məhbusları müdafiə etməkdə davam edir, siyasi mənsubiyyətindən asılı olmayaraq bu vicdanlı insanların hamısına sahib çıxırlar.

Şəki cəbhəçiləri repressiya “estafetini” Sabirabad cəbhəçilərindən alıblar. Son vaxtlar AXCP Sabirabad şöbəsi Gənclər Komitəsinin üç üzvü də həbs olunub. Murad Ədilov (partiyanın mətbuat xidmətinin rəhbəri Natiq Ədilovun qardaşı) ağır cinayətlə şərlənib, hazırda Lənkəran ağır Cinayətlər Məhkəməsində məhkəməsi gedir. Gənclər Komitəsinin fəalı Mirağa Abbasov 25 sutkalıq həbsini başa vursa da, Komitənin sədri Etibar Fətiyev hələ də 30 günlük inzibati həbsini çəkir.

Görürsünüz ki, rejim boş dayanmır. Azadlıq fədailəri ilə bütün ölkə boyu savaşır. Sonunun yaxınlaşdığını hiss etdikcə daha da aqressivləşir. Cəsur, fədakar həmvətənlərimiz isə repressiyalar qarşısında ağ bayraq qaldırmırlar, mübarizədən əl çəkmirlər. Tariximizin çox mühüm dövrünü yaşayırıq. Siyasi məhbuslarımız həbsxanada belə dik duruşlarını qorumaqla, nisbi azadlıqda olanlar isə hər gün həbs olunmaq təhlükəsinə baxmadan mübarizəni davam etdirməklə sübut edirlər ki, bu millət azad və ədalətli cəmiyyətdə yaşamagı haqq edir, buna layiqdir”.

~ tərəfindən Patriot 19/01/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma