“ARTIQ DAHA GÜCLÜYÜK”

obama_cameron

Liderlər dünyanı dəyişəcək qərarlar verdi

Artıq Qərb, çoxluğu hüquqsuz vəziyyətdə saxlayan, istismar dedən, bütün bəşəri dəyərləri təhdid altında salayan zülümkar rejimlərlə (azlıqla) işləməkdan imtina edir. Onlar yaxşı bilir ki, bu kimi rejimlərin mövcud olduğu müddətdə dünya dincliyin, təhlükəsizliyin nə olduğunu bilməyəcək. Obama və Kameron cütlüyünün son görüşdən sonra verdikləri açıqlamalar, korrupsioner, xalqdan uzaq düşən rejimlərlə iş birliyinin sona çatdğına çox ciddi mesajlardır.

ABŞ prezidenti Barak Obama İngiltərənin baş nazir Kameronla müzakirələrdən sonra müsəlmanlara yönəlik çox ciddi mesajlar verib. “Artıq daha güclüyük. Müsəlmanların böyük əksəriyyətinin inandığı dəyərlər təmsil edirik. Tolerantlıq və yox etmək yerinə inşa etmək üçün birlikdə çalışmalıyıq”. Son terror aktlarını dəyərləndirən Obama, terror məğlub edəcəklərinə də əminlik ifadə edib. “Böyük kədər, faciə və dağıtıya səbəb olan problemdir, amma məğlub edəcəyimiz bir problemdir. Lakin təkcə silahla həll edə bilmərik bu problemi. Müsəlman dünyasının əksəriyyətini təmsil edən səsləri necə yüksəldə bileceyimizi müzakirə etdik, cənab Kameronla”, deyə Obama bildirib.  Obama, fanatiklərdən gələn mesajlara eyni güclə cavab vermək üçün müsəlmanların dəstəklənməsinin zəruriliyini də vurğulayıb. Obama və Cameron, İranla müzakirələrin davam etdiyi vaxtda bu ölkəyə yeni sanksiyaların tətbiqinin danışıqlar prosesinə zərər verəcəyini bildiriblər. Amerikan Konqresini səbirli olmağa çağıran Obama, diplomatik prosesin tükenmediyini bilə gətirib. Obama ona yeni sanksiyalarla bağlı qanun layihəsi göndəriləcəyi halda veto qoyacağını da bildirib.

~ tərəfindən Patriot 17/01/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma