“QƏRB BU İL İLHAM ƏLİYEVİ DEVİRMƏYƏ ÇALIŞACAQ

Ilham-eliyev

Rusiyalı ekspertlərdən sensasiyalı açıqlamalar

“Qərb Rusiyanı daha da zəiflətmək üçün ona qonşu ölkələrdə dövlət çevrilişləri seriyası hazırlayır və sırada Azərbaycan da var”

Bu sensasion fikirlə rusiyalı ekspertlər “Svobodnaya pressa”da çıxış ediblər. Onların fikrincə, “ABŞ Ukraynada 2014-cü ildə həyata keçirilmiş çevrilişlə kifayətlənmək niyyətində deyil” və Rusiyaya qonşu digər ölkələrdə də siyasi rejimləri dəyişdirməyə çalışacaq.   “2015-ci ildə yeni “narıncı” inqilablar gözləmək olar. Prinsipcə yeni heç nə yoxdur, dövlət çevrilişlərinin bütün texnologiyası köhnədir, təkcə ayrı-ayrı metodikalar modernləşdirilir. Bu da hakimiyyətdə kimin olmasından, əhalinin onu nə dərəcədə dəstəkləməsindən və hansı alətlərə malik olmasından asılıdır” – deyə “Geopolitika” jurnalının baş redaktoru Leonid Savin bildirir.

Onun fikrincə, 2015-ci ildə Qərb çox güman ki, Ermənistandakı vəziyyəti qarışdıracaq. Savin hesab edir ki, vəziyyətin qarışa biləcəyi ölkələr sırasına Azərbaycanı da daxil etmək olar, çünki Bakının Vaşinqtonla və Qərbi Avropa ilə münasibətləri pisləşir.

“İlham Əliyev balanslı siyasət aparmağa çalışır, ancaq aydındır ki, Qərb bütün mümkün yollarla onun hakimiyyətini devirməyə çalışacaq”, – deyə o, bildirib.

Savin bildirib ki, həmçinin Tacikistana da təzyiqlərin artması gözlənilir, çünki bu ölkəni Avrasiya İttifaqında gözləyirlər. Eyni təxmini Qazaxıstan və Qırğızıstan haqda da demək olar. Onun sözlərinə görə, Qərbin hədəfində Serbiya və Çernoqoriya, habelə Belarus və Moldova da yer ala bilər.

Rusiyanın Geosiyasi Problemlər Akademiyasının vitse-prezidenti Konstantin Sokolov isə hesab edir ki, əsas zərbə qonşu ölkələrə deyil, Rusiyaya istiqamətlənəcək. O, Rusiyanın hazırda bir neçə istiqamətdən atəş altında olduğunu, bütün transmilli qüvvələrin Rusiyanı zəiflətmək üçün hərəkətə keçdiyini bildirib.

K.Sokolovun fikrincə, bu il Mərkəzi Asiya ölkələrində situasiya qeyri-sabit ola bilər. Ancaq Qərb üçün bu ancaq ona görə lazımdır ki, qeyri-stabillik dalğası Rusiyaya da yayılsın: “Onlar öz-özlüyündə əsas hədəf deyil, əsas hədəf Rusiyadır”.

~ tərəfindən Patriot 12/01/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma