“BU ÖLKƏDƏ DEMOKRATİYA, AZAD SEÇKİ, AZAD MƏTBUAT OLSAYDI”

eli kerimli

Əli Kərimlidən çətin suallar, ağır ittihamlar

Ölkədə azad mətbuat, sərbəst debat mühiti olsaydı İlham Əliyev xalqa verdiyi vədi dərhal da poza bilərdimi?

AXCP sədri Əli Kərimli dünyada neftin ucuzlaşması fonunda hökumətin ölkədə bir sıra mal və xidmətlərə görə qiymətləri qaldırmağa hazırlaşmasından yazıb. AXCP lideri ölkə başçısı İlham Əliyevin neftin ucuzlaşmasını xalqın hiss etməyəcəyi haqda verdiyi vədi tutmadığına diqqət çəkib. O, eyni zamanda bütün bunların isə ölkədə azad mətbuatın, müxalifətin, vətəndaş cəmiyyətinin sıxışdırılıb sıradan çıxarılması ilə birbaşa bağlılığını izah edib. AXCP sədri özünün facebook səhifəsində yazır:

“Necə bilirsiniz, ölkədə azad mətbuat, iqtidar və müxalifət liderləri arasında sərbəst debat mühiti olsaydı, İlham Əliyev xalqımıza verdiyi vədi dərhal da poza bilərdimi?

“Neftin qiymətinin aşağı düşməsini Azərbaycanda heç kim hiss etməyəcək”. İlham Əliyevin bu gurultulu vədi nə zaman verdiyi yadınızdadır? Xatırladıram, xalqımıza bu vəd cəmi 3 həftə əvvəl Sabirabadda verilmişdi. İndi isə son 3 həftədə xalqımızın nəinki hiss etdiyi, hələ xeyli müddət acısını çəkəcəyi bəzi məqamları xatırladaq:

– ARDNŞ onsuz da son vaxtlar benzini ölkə daxilində xaricə satdığından 2 dəfə baha satırdı. Dekabr ayında hər ton benzin xaricə 563 dollara satıldığı halda, Azərbaycanda 1168 dollara satılıb. Bura qədərini başa düşdük, hər necə olsa, boynumuza qoyublar ki, xalqımız dözümlü xalqdır. Bəs bundan sonra da müxtəlif bəhanələrlə benzinin, dizel yanacağının, maye qazın qiymətlərinin qaldırılacağı haqda rəsmi məlumatları necə başa düşək? Axı bütün dünyada neftlə birlikdə benzin də ucuzlaşır. Hətta bunlar da Gürcüstana satdıqları benzini ucuzlaşdırıblar. Bəs dövlət başçısının vədi necə oldu?

– Hökumət rəsmisi parlamentə təkliflər verib ki, bəzi məhsulların aksiz vergisinə cəlb olunması, digərlərinin də aksiz vergilərinin artırılması yolu ilə qiymətləri qaldırılsın. Beləliklə, platin, qızıl, almaz, onlardan hazırlanmış zərgərlik məmulatlarının, avtomobillərin, spirtli içkilərin, siqaret və tütün məmulatlarının qiymətləri bu ildən xeyli artacaq. Mənzil və torpağa görə vergilər də artacaq. İndi mən soruşuram, ölkəmizdə təkcə bu məhsulların qiymətinin artmasından ziyan görməyən ailə olacaqmı? Dövlət başçısının vədi niyə belə tez unuduldu? Kiminsə ümidi varmı ki, Milli Məclis cəsarət edib, hökumətin bu anti-xalq təkliflərinə yox deyə bilər? Əgər ölkədə seçkilər azad olsaydı, millət vəkilləri həqiqətən də xalqın səsi ilə seçilsəydi, onlar belə bir təklifə səs verərdilərmi?

– Büdcəyə əlavə pul cəlb etmək məqsədilə bu ildən vətəndaşlar banklardakı əmanətlərindən qazanacaqları puldan da 10 faizini gəlir vergisi kimi dövlətə verməli olacaqlar. Bu əlavə vergi də milyonlarla insanın ailə büdcəsinə ziyan vuracaq. Bu yolla hökumət il ərzində büdcəyə cəmisi 50 milyon manata qədər vəsait cəlb edə biləcək. İndi soruşuram, bu vəsaitin 10 mislini şöhrətpərərəstlik motivləri ilə Avroviziya mahnı müsabiqəsinə xərcləyən, bu vəsaitdən 20 dəfə artığını təkcə bir parkın (Qış bulvarı) salınmasına xərcləyən, 70 dəfə artığını Avropa Olimpiya Oyunları üçün xərcləməkdə olan hökumətin nə haqqı var ki, milyonlarla insanın ümid yeri olan əmanət faizlərinə də göz diksin?

Bir çox dövlət müəssisəsində kütləvi ixtisarlar başlanılıb. Artıq ARDNŞ və Bakı Metropolitenində minlərlə işçi ya ixtisar, ya da öz hesabına məzuniyyət adı ilə işindən uzaqlaşdırılıb. Digər təşkilatlarda da kütləvi ixtisarlara hazırlıq gedir. Kimə aydın deyil ki, Bakı şəhərindəki dəhşətli tıxac şəraitində bəlkə də elə ən zəruru tikinti işi hazırda metronun yeni stansiyalarını tikməkdir? Adamdan soruşmazlarmı ki, pulunuz yoxdursa, İstanbulda 75 milyon nağd pula ARDNŞ-ə ofisi niyə alırdınız? Hətta metroya yeni stansiyalar tikməyə, gənclərin ipoteka ilə ev almasına, dövlət ali təhsil müəssisələrində təhsilin pulsuz olmasına vəsait ayırmağa və daha neçə-neçə vacib işlərə pul tapmayan hökumətin yalnız ARDNŞ-in (Bakıda və İstanbulda) və Dövlət Neft Fondunun ofislərinə 500 milyon manatdan artıq pul xərcləməsi hansı ağılın, iqtisadi və hətta siyasi təfəkkürün göstəricisidir?

Əziz həmvətənlər, bu ölkədə demokratiya, azad seçki, azad mətbuat olsaydı, hansı hakimiyyət xalqa qarşı bu qədər saymazyana, acımasız davrana bilərdi? Bəs xalq necə, onun azadlığı olsaydı, belə anti-xalq siyasətə dözərdimi? İndi aydındırmı ki, çox vaxt biganə olduğumuz seçki saxtakarlığının, mətbuatın, müxalifətin, vətəndaş cəmiyyətinin əzilməsinin həm də hər birimizin ailə büdcəsinə birbaşa təsiri var”.

~ tərəfindən Patriot 10/01/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma